Icma.az
close
up
RU
Azərbaycanın ərzaq təhlükəsizliyi barədə narahatlıq KONKRET

Azərbaycanın ərzaq təhlükəsizliyi barədə narahatlıq KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Dünyada iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, müharibələr və logistika zəncirində yaranan problemlər qlobal iqtisadiyyat üçün yeni risklər formalaşdırır. Xüsusilə ərzaq təminatı ilə bağlı narahatlıqların artması ölkələrin strateji ehtiyatlarını və böhranlara hazırlıq səviyyəsini yenidən gündəmə gətirir.

 Bəs mövcud prosesləri qlobal iqtisadi böhranın ilkin əlamətləri kimi qiymətləndirmək mümkündürmü və Azərbaycan belə bir ssenariyə nə dərəcədə hazırdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda dünyada əsas narahatlıq iqlim dəyişikliklərinin ərzaq təminatına yaratdığı risklərlə bağlıdır:

“Bunu qlobal iqtisadi böhran kimi qiymətləndirmək düzgün deyil. Qlobal iqtisadi böhrandan danışmaq üçün bütün dünyanı əhatə edən və qlobal xarakter daşıyan səbəb olmalıdır. Məsələn, genişmiqyaslı müharibə və ya bütün dünya iqtisadiyyatına ciddi təsir göstərə biləcək digər proses qlobal böhrana səbəb ola bilər.

Hazırda qlobal iqtisadi böhranın yaxınlaşdığını və bunun əlamətlərinin artıq göründüyünü söyləmək qeyri-peşəkar yanaşmadır. Bununla belə, ərzaq təminatı və aqrar sektor üzrə bir sıra göstəricilərin pisləşməsi ciddi narahatlıq doğurur. Burada iqlim dəyişikliklərinin təsirlərini də nəzərə almaq lazımdır.

Planetin ərzaq təminatını normal səviyyədə saxlamaq üçün konkret addımlar atılmalıdır. Bir sıra ölkələr artıq bu istiqamətdə müxtəlif proqramlar və strateji planlar hazırlayır, mümkün risklərin qarşısının alınması üçün təşəbbüslər irəli sürürlər”.

İqtisadçının sözlərinə görə, müxtəlif regionlarda baş verən münaqişələr də logistika zəncirinə əlavə təzyiq yaradır:

“Körfəz ölkələrində, Rusiya-Ukrayna və Qara dəniz istiqamətində baş verən müharibələr, eləcə də Afrikanın müxtəlif bölgələrindəki qarşıdurmalar logistika problemlərinin yaranmasına səbəb olur. Bu proseslər iqlim böhranı ilə birlikdə müəyyən dövrlərdə ərzaq təminatına və bütövlükdə ticarət zəncirinə mənfi təsir göstərə bilər.

Bunu birbaşa qlobal iqtisadi böhran adlandırmasaq da, müəyyən risklərin və narahatlıqların mövcud olduğunu söyləmək mümkündür”.

Razi Abbasbəyli Azərbaycanın belə risklərə hazırlıq səviyyəsinə də toxunub. Onun sözlərinə görə, ölkənin mümkün böhran ssenarilərinə hazırlığı ilə bağlı ciddi suallar var:

“Azərbaycan hökumətinin hansısa böhrana hazır olduğunu demək çətindir. Ölkədə böhran planı yoxdur. Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda aqrar sektor sürətlə geriləyir və bununla bağlı təcili addımlar atılmalıdır.

Aqrar sahədə bir sıra islahatlar həyata keçirilməli, subsidiyalar təyinatı üzrə verilməli, müəyyən vergi güzəştləri tətbiq olunmalı və stimullaşdırıcı tədbirlər görülməlidir. Həm iri, həm də xırda buynuzlu heyvandarlıq təsərrüfatlarının gücləndirilməsi üçün xüsusi proqramlar hazırlanmalıdır. Orta ölçülü təsərrüfatlara dəstək mexanizmlərinin yaradılmasına da ehtiyac var”.

Ekspert qeyd edib ki, Azərbaycanın ərzaq təminatında idxaldan asılılığının artması əlavə risk yaradır:

“Azərbaycan hər il kənd təsərrüfatı məhsulları üzrə daha çox idxaldan asılı vəziyyətə düşür. Kartof və soğandan tutmuş mal və qoyun ətinə qədər mühüm ərzaq məhsullarının idxalında artım müşahidə olunur. İdxaldan asılılıq sürətlə artır, daxili tədarük isə azalır.

Bu məsələdə iqlim dəyişikliklərinin təsirlərini də nəzərə almalıyıq. Hökumət mümkün riskləri nəzərə alaraq böhran masası formalaşdırmalı, ciddi strateji planlar hazırlamalı və onları operativ şəkildə həyata keçirməlidir.

Bu baxımdan, “Azərbaycan hökuməti yarana biləcək böhrana hazırdırmı?”sualına mənim cavabım hazır deyil şəklindədir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Sentyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri