Icma.az
close
up
RU
Azərbaycanın ərzaq təhlükəsizliyi: aqrar sektorun inkişafı necə gedir? ANALİZ

Azərbaycanın ərzaq təhlükəsizliyi: aqrar sektorun inkişafı necə gedir? ANALİZ

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev: "Görülmüş və görüləcək işlər nəticəsində ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq"

Dünya iqtisadiyyatında sənayenin üstünlük təşkil etməsinə baxmayaraq kənd təsərrüfatının vacibliyi indi daha çox nəzərə çarpır. Dünya bazarlarında ərzaq məhsullarının sürətlə bahalaşması, BMT-nin qlobal ərzaq böhranının yarana biləcəyi haqda xəbərdarlığı vəziyyətin ciddi olduğunu göstərir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, aqrar sahəni inkişaf etdirmədən ölkədə məhsul bolluğu yaratmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq mümkün deyil.

Son illər dövlət səviyyəsində aqrar sahənin inkişafı məqsədilə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin həyata keçirilməsi də məhz buradan irəli gəlir. Prezident İlham Əliyev də ölkə iqtisadiyyatında qeyri-neft sektorunun, xüsusilə də, kənd təsərrüfatının prioritet sahə olaraq yer tutması üçün mümkün olan hər şeyi edir.

Yaxşı torpaq fonduna, münasib iqlim normasına, münbit, təbii-coğrafı şəraitə, iqtisadi-ticari əlaqələrə, şaxələnmiş nəqliyyat imkanlarına malik Azərbaycanda isə bu sahənin çox böyük potensialı var. Prezident Ilham Əliyevin bu məsələlərlə bağlı verdiyi açıqlamalar aqrar sektorun inkişafının ölkəmiz üçün nə qədər əhəmiyyət daşıdığını və dövlətin əsas prioritetlərindən olduğunu göstərir.

“Bildiyiniz kimi, bu gün ərzaq təhlükəsizliyi ilə bağlı dünyada çox böyük narahatlıq var. O cümlədən Azərbaycan da bu istiqamətdə fəal iş aparır. Görülmüş və görüləcək işlər nəticəsində biz özümüzü bu sahədə də təmin etmiş ölkəyə çevirəcəyik və ərzaq təhlükəsizliyi məsələləri, əminəm ki, Azərbaycanda maksimum dərəcədə təmin olunacaq”- deyən dövlət başçısı yaxın gələcəyin proqnozunu verib.

Prezident İlham Əliyev deyib ki, biz öz iqtisadiyyatımızı dünya iqtisadiyyatına inteqrasiya edərək bazar iqtisadiyyatının bütün təməl prinsiplərini Azərbaycanda tətbiq etdik: “Bu gün Azərbaycanın ümumi daxili məhsulunun strukturuna baxsaq, görərik ki, ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər.

Ölkə başçısı işğaldan azad edilmiş ərazilərin iqtisadi imkanlarına yüksək qiymətləndirir: “Biz artıq azad edilmiş torpaqlarda da əkin-biçinlə məşğuluq. Mövcud potensialdan səmərəli istifadə etməklə böyük perspektivlər əldə etmək olar. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək".

Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin ölkənin iqtisadi inkişafına həlledici təsirini daim yüksək qiymətləndirir, hökumət qarşısında kənd təsərrüfatına diqqət və qayğı göstərilməsini mühüm vəzifə kimi qoyur. Dövlət başçısı ayrı-ayrı çıxışlarında aqrar sahənin inkişafında iş adamlarının, fermerlərin gücündən, imkanlarından səmərəli yararlanmağın zəruriliyini bildirir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən müddətli vergi güzəştləri ilə bərabər, dövlət tərəfindən onlara yanacaq, motor yağlarının və mineral gübrələrin alınmasında güzəştlər edilir, subsidiyalar verilir.

Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarının buğda toxumuna, mineral gübrələrə və damazlıq heyvanlara olan ciddi ehtiyacı ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində əlavə tədbirlərin görülməsini şərtləndirir.

Kənd təsərrüfatı məhsullarının fermerlər tərəfindən bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə satış yarmarkalarının keçirilməsi, sahibkarlığın inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi aqrar sahədə yetişdirilən məhsulların itkisiz yığılmasına müsbət təsir göstərir, istehsalda artım əldə edilir, məhsuldarlıq yüksəlir.

Diqqəti cəlb edən cəhətlərdən biri də budur ki, məhsul istehsalı sahəsində artım getdikcə özünü daha qabarıq göstərir. Belə ki, bitkiçilik məhsullarının istehsalında əldə edilən artım əkin sahələrinin artırılmasından daha çox, məhsuldarlığın yüksəldilməsi hesabına təmin olunur.

Onu da qeyd edək ki, məhsulun maya dəyərinin aşağı salınmasında və gəlirin çoxalmasında məhsuldarlığın artırılmasının mühüm əhəmiyyəti var. Bunun üçün isə təbiidir ki, fermerlərin keyfiyyətli toxumlarla təminatını yaxşılaşdırmaq, becərmənin aqrotexniki qaydalara uyğun aparılması ilə yanaşı, torpağın münbitliyini artırmaq ən başlıca şərtdir.

Kənd təsərrüfatı məhsullarının becərilib toplanması ilə yanaşı, onun qiymətlərinə təsir edən amillərdən biri də həmin məhsulların bazarlara daşınması xərcləridir. Bu sahədə mövcud problemlər bazarlarda əsassız bahalaşmaya, bəzən də süni şəkildə məhsul çatışmazlığına gətirib çıxarır.

Əsas problemlərdən biri də, fermerlərə ayrılan subsidiyaların onlara vaxtında çatmamasıdır. Bununla bağlı sənədləşmə həddən çoxdur ki, bu da bir çox hallarda işə zərər vurur. Misal üçün, taxıl əkini üçün verilən subsidiyalar yerlərdə bürokratik əngəllər səbəbindən bəzi hallarda yazlıq və ya payızlıq əkindən sonra verilir ki, bu mənfi nəticə verir. Çünki əkinçilər gübrə, dərman, su üçün xərclər çəkməlidirlər. Bu xərclər üçün əllərində vəsait yoxdursa əkmirlər və ya əkilən sahəyə düzgün qulluq edə bilmirlər. Nəticədə, məhsul yığımı azalır.

Fermerlərə verilən güzəştli aqrar kreditlərlə bağlı da problemlər var. Bir çox fermer bu kreditlərdən yararlana bilmir. Nəticədə 5 faiz əvəzinə 10-15 faizlə kredit götürməli olur ki, bu da onun təsərrüfatını inkişaf etdirməyə imkan vermir.

Daha bir problem suvarma ilə bağlıdır. İyul-avqust ayları həddən artıq isti və quraq keçdiyindən suya tələbat kəskin artır, su dövriyyəsi isə azalır. Nəticədə bəzi əkinlər normal su ala bilməyib yanır və məhsul istehsalı azalır.

Bu kimi problemlər aradan qaldırılsa, ölkəmizin aqrar sektorunda ciddi inkişaf yaranar və həm ərzaq təhlükəsizliyimizi təmin etmiş olarıq, həm də xarici ölkələrə aqrar məhsullar ixrac edib valyuta əldə edərik.

Elçin Bayramlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri