Icma.az
close
up
RU
Azərbaycanın Əslzadələr Məclisinin üzvü...

Azərbaycanın Əslzadələr Məclisinin üzvü...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Gəray Əlibəyov- 70
Deyir ki:- “Bu gün teleseriallar Azərbaycanın ən ağrılı yeridir. Düzdür, yaxşı serial çəkən rejissorlar var. Amma teleserialların sifarişçisi olan telekanallar biabırçı gündədir. Bir vaxtlar elə verilişlər var idi ki, onu həsrətlə gözləyənlər olurdu. Nəticəsi nə oldu? Mütəxəssis kənara atıldı. Amma belə olmamalıydı. Demirəm, indi perspektivli rejissorlarımız yoxdur. Var, lakin qarşıya qoyulan məqsədə çatmaq olmur. Çünki aktyorların çoxu "küçə"dən tutulmadır. Ömrünü sənətə həsr edən aktyorlar isə kənarda qalıblar. Çox narahatam ki, narkomaniya, mafiya və digər mənfi xarakterləri təbliğ edən filmlər telekanalları başına götürüb...”
Əslzadə adamdır. Ulu babası Əli ağa Hüseyn ağa oğlu XVIII əsrin əvvəllərində Qarabağın Dədəli oymağının başçısı olub. Əli ağa öncə Osmanlılara xidmət etsə də, sonradan Qızılbaşlara qoşulub. Bir müddət Şah II Təhmasib Səfəviyə xidmət edib. Sonra Nadir şahın ordusunda Osmanlılara qarşı vuruşub. Nadir şahın ölümündən sonra isə ömrünün sonunadək indiki Füzuli rayonunun Dədəli kəndində yaşayıb...
İşgüzar, bacarıqlı, becid adamdır. Təşkilatçılığına isə söz ola bilməz. Əgər aktyorluğu seçməsəydi, bəlkə də indi hansısa böyük vəzifədə çalışırdı.
Bəli, bu gün sizə “Tütək səsi”, “Sevinc buxtası”, “Gözlə məni”, “Qanlı zəmi” kimi məşhur Azərbaycan filmlərində rol alan, aktyor Gəray Ayaz oğlu Əlibəyovdan söhbət açmaq istəyirəm. Axı martın 29-da Gəray müəllimin 70 yaşı tamam olur...
Gəray Əlibəyov 1955-ci ildə Füzuli rayonunun Dədəli kəndində doğulub. Səkkizillik təhsilini həmin kəndə, tam orta təhsilini isə Füzuli rayonu Bünyad Sərdarov adına məktəbdə başa vurub. Sonra Azərbaycan Dövlət İncəsənət İnstutunda ali təhsilə yiyələnib. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor, Araz kinoteatrında müdir müavini, Araz kinoteatrında direktor, "Sinema" kiçik dövlət müəssisəsində direktor, "Elşad K" şirkətində prezident, Mədəni İnkişaf Mərkəzi ictimai birliyində sədr, ULUS FİLM prodüser mərkəzində direktor vəzifələrində çalışıb. Bir müddət də Simurq.info saytının baş redaktoru kimi fəaliyyət göstərib.
2005-ci ildən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əslzadələr Məclisinin üzvüdür.
2021-ci il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir...
Deyir ki:- “Doğrudur, indiki tamaşaçılar ciddi verilişlərdən daha çox bayağı verilişlərə baxmağa üstünlük verirlər, amma buna baxmayaraq, telekanallar eldən-obadan, tarixdən və digər maraq yaradacaq maarifləndirici məsələlərdən göstərməlidirlər ki, insanlar baxıb, yeni bir şey eşidib bəhrələnsinlər. Yoxsa "bu onun anasını belə etdi", "o bunun bacısını..." Bu ruhda böyüyən nəsil nə olacaq? Bu seriallar milləti hara aparacaq? Bəlkə qocalmışam? Amma bilirəm ki, bu təbliğat uçuruma aparır. Televiziya cinayəti, pozğunluğu göstərir, cinayət də günü-gündən artır...”
Təkcə bədii filmlərə çəkilməyib, həm də iyirmiyə yaxın sənədli filmin ssenari müəllifi, eləcə də bəzilərinin direktoru olub. Telekanallarımızın bu günki vəziyyətindən çox narahatdır. Bir ziyalı, incəsənət adamı kimi bütün bunlara biganə qala bilmir, ürək ağrısı ilə söhbət açır:
“Televiziya kanalları düz mövqe tutmayıb. Bunun bir adı var- miilli-mənəvi dəyərlərin məhvi... Qəribədir ki, bu ölkədə hamı dedektiv kitablar oxuyur. Sanki təbliğat insanları buna məcbur edir. Gözəllik və romantizmə baxan belə yoxdur. Hər bir dövlətin milli ideologiyası var. Bizim kanalların apardığı ideologiya isə qeyri-müəyyən və mücərrəddir. Bu təbliğat isə mənəvi dəyərlərə xidmət etmir.”- söyləyir.
Eşitdiyimə görə, Gəray müəllimin səhhətində ciddi problemlər yaranıb, hansısa xəstəlikdən əziyyət çəkir. Tezliklə sağalmasını arzulayaraq, onu 70 yaşı münasibətilə təbrik edirəm. Qoy bu yazı yubileyinə kiçik bir hədiyyəm olsun, şəfasını isə Allah verər...
Elman Eldaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 29 Mart 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri