Qvadelup bələdiyyə məclisinin üzvü: Fransadan uzaqlaşıb bütün sahələrimizi yenidən qurmalıyıq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 25 iyun, AZƏRTAC
Qvadelup xalqının siyasi suverenliyi heç vaxt təmin olunmayıb. Kənd təsərrüfatımız, ticarət əlaqələrimiz və ümumilikdə iqtisadiyyatımız zəiflədilir. Nəticədə isə iqtisadiyyatımız getdikcə daha çox idxaldan asılı vəziyyətə düşür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qvadelup Kommunist Partiyası İdarə Heyətinin və Port-Luis bələdiyyə məclisinin üzvü Viktor Arten Qvadelup adasına həsr olunmuş konfransda söyləyib.
O deyib: “Biz hüquqi büdcə baxımdan Fransadan uzaqlaşıb, bütün sahələrimizi yenidən qurmalıyıq. Biz ciddi şəkildə sazişləri yenidən tərtib etməliyik. Bütün sahələrimizin müstəqil olmasına çalışaraq, qlobal arenada hərəkətə keçməliyik. Biz asılılıqdan, yoxsulluqdan çıxmaq istəyiriksə, fundamental və öz müqəddəratını təyinetmə hüququmuz üçün çalışmalıyıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 25 İyun 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















