Icma.az
close
up
RU
Azərbaycanın “F16”dan da güclü qırıcıları olacaq Yeni hədəf

Azərbaycanın “F16”dan da güclü qırıcıları olacaq Yeni hədəf

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polkovnik: “Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa, Azərbaycan onu ala bilər”.

Turkustan.az Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcılarına maraq göstərir. Belə ki, “EurAsian Times” noyabrın 15-də Çində keçirilən aviasiya sərgisi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadənin “J-10CE” kimi tanınan bu qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi əsasında belə qənaətə gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, azərbaycanlı komandan çinli həmkarı general Çanq Dinqyu ilə də görüşüb. “Görüşdə Azərbaycan və Çin Hərbi Hava Qüvvələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”.

Açıqlamada Azərbaycanın Çin təyyarələrinə maraq göstərməsi barədə heç nə deyilmir. Lakin sosial şəbəkələrdə yayılan general İslamzadənin “J-10CE” qırıcısı ilə çəkdirdiyi foto ekspert dairələrində Bakının onları almaqda maraqlı ola biləcəyi ilə bağlı fikirlərə zəmin yaradıb.

Məlumdur ki, Azərbaycan artıq Pakistan-Çin əməkdaşlığı çərçivəsində hazırlanmış “JF-17” Blok III təyyarələrini sifariş edib və ilk partiya artıq Azərbaycana çatdırılıb. O da bildirilir ki, Çin Yaxın Şərqdə öz təyyarə bazarını aqressiv şəkildə təşviq edir, “J-10C”ni ABŞ-ın “F-16” “Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərini daha yaxşı əvəz edən kimi təqdim edir. Üstəlik, Çin təyyarələri qiymət baxımından da rəqabətə davamlıdır: bir vahidin qiyməti təxminən 40-50 milyon ABŞ dolları təşkil edir.

Azərbaycanı bu qırıcılara nə dərəcədə ehtiyacı var? “F-16″dan üstün göstəriciləri varmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Çinin hərbi sənayesi gün-gündən daha da inkişaf edir. Çinin hərbi sənayesinin istehsal etdiyi silahlar heç də hərbi sənayesi güclü olan digər ölkələrin silahlarından geri qalmır. Bu gün hərbi sənayesini ən sürətlə və bütün istiqamətlər üzrə inkişaf etdirən ölkələr sırasında Çin ilk beşliyə düşür: “ Bu, ölkə yeni nəsil silahlar, PUA-lar, hərbi təyyarələr və digər bu kimi silahlar, texnikalar istehsal edir və çox böyük uğurlara imza atır. General-leytenant Namiq İslamzadənin haqqında söhbət gedən sərgidə iştirakı və “J-10C” kimi tanınan Çin istehsalı qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi təsadüfi deyil. Namiq İslamzadəni mən çox gözəl tanıyıram. O, aviasiya sahəsində böyük mütəxəssisdir, gənc yaşlarından general-leytenant rütbəsinə gəlib çatana qədər aviasiya sahəsində böyük nailiyyətlər əldə edib və çox böyük təcrübəyə malik gözəl pilotdur, bütün təyyarələrdən yaxşı anlayışı var. Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı kimi İslamzadənin o sərgidə iştirak etməsi Azərbaycanın Çin hərbi sənayesinin məhsullarına, o sırada “J-10C” kimi tanınan Çin istehsalı qırıcılarına marağının olduğunun göstəricisidir. Çin Pakistanla birlikdə “JF-17” qırıcı tayyərələri də istehsal edir və çox uğurla sınaqdan keçirilib.

Bu silahlar əhatə dairəsi göstərcilərinə görə Azərbaycanın ərazisinə də uyğundur. Həmin təyyarələrin ilk partiyasını Azərbaycan artıq əldə edib. Komandan İslamzadə belə məlum olur ki, “J-10C” təyyarələri ilə maraqlanıb. Yəqin ki, “J-10C”nin bütün Azərbaycan üçün bütün müsbət və mənfi tərəflərini öyrənmək qərarına gəlinib. Bu istiqamətdə yəqin bir müddət araşdırmalar gedəcək. Azərbaycana sərf etdiyi qənaətinə gəlindiyi halda ölkəmiz həmin silahları da əldə edə bilər. Bir şərtlə ki, Çin dövləti “J-10C”ni satışa çıxardığl halda. Bilirsiniz ki, yeni nəsil silahlar satışa çıxarılmamışdan öncə onu öz ordusunun silah arsenalına qəbul edir, ordu təmin olunduqdan sonra digər dövlətlərə satışı həyata keçirirlər. Hansı dövlətə satmaq da mühüm rol oynayır. Yeni nəsil silahlar heç də hər dövlətə satılmır. Azərbaycan yeni nəsil silahları alan ölkələrdəndir və yəqin ki, gələcəkdə “J-10C”ni də ala bilər. Bu təyyarələr 5-ci nəsil təyyarələrdir və yeni istehsal edildiyi üçün onun göstəricilərinin ABŞ-ın F-16 “Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərindən üstün və zəif tərəflərinin müqayisə edilməsi üçün yetərli informasiya yoxdur. Ümumən nəzəri cəhətdən söyləyə bilərik ki, Çinin son zamanlar yeni nəsil silahların istehsalında böyük sıçrayış əldə etməsi faktı “J-10C” gözəgörünməz qırıcı təyyarəsinin adıçəkilən təyyarələrdən geri qalmayacağı inamını yaradır. Dəqiq olan odur ki, Çin istehsalı olan təyyarələrin ABŞ, Fransa təyyarələrin qiymətindən xeyli dərəcədə münasibdir”.

Ekspert vurğuladı ki, Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa Azərbaycan onu ala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri