Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Azərbaycanın “F16”dan da güclü qırıcıları olacaq yeni hədəf

Azərbaycanın “F16”dan da güclü qırıcıları olacaq yeni hədəf

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Polkovnik: “Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa, Azərbaycan onu ala bilər”

Azərbaycan Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcılarına maraq göstərir. Belə ki, “EurAsian Times” noyabrın 15-də Çində keçirilən aviasiya sərgisi zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Namiq İslamzadənin "J-10CE" kimi tanınan bu qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi əsasında belə qənaətə gəlib.

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, azərbaycanlı komandan çinli həmkarı general Çanq Dinqyu ilə də görüşüb. “Görüşdə Azərbaycan və Çin Hərbi Hava Qüvvələri arasında hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”.

Açıqlamada Azərbaycanın Çin təyyarələrinə maraq göstərməsi barədə heç nə deyilmir. Lakin sosial şəbəkələrdə yayılan general İslamzadənin "J-10CE" qırıcısı ilə çəkdirdiyi foto ekspert dairələrində Bakının onları almaqda maraqlı ola biləcəyi ilə bağlı fikirlərə zəmin yaradıb.

Məlumdur ki, Azərbaycan artıq Pakistan-Çin əməkdaşlığı çərçivəsində hazırlanmış "JF-17" Blok III təyyarələrini sifariş edib və ilk partiya artıq Azərbaycana çatdırılıb. O da bildirilir ki, Çin Yaxın Şərqdə öz təyyarə bazarını aqressiv şəkildə təşviq edir, "J-10C"ni ABŞ-ın “F-16” “Döyüş Şahinləri”, Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərini daha yaxşı əvəz edən kimi təqdim edir. Üstəlik, Çin təyyarələri qiymət baxımından da rəqabətə davamlıdır: bir vahidin qiyməti təxminən 40-50 milyon ABŞ dolları təşkil edir.

Azərbaycanı bu qırıcılara nə dərəcədə ehtiyacı var? "F-16"dan üstün göstəriciləri var?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Çinin hərbi sənayesi gün-gündən daha da inkişaf edir. Çinin hərbi sənayesinin istehsal etdiyi silahlar heç də hərbi sənayesi güclü olan digər ölkələrin silahlarından geri qalmır. Bu gün hərbi sənayesini ən sürətlə və bütün istiqamətlər üzrə inkişaf etdirən ölkələr sırasında Çin ilk beşliyə düşür: “ Bu, ölkə yeni nəsil silahlar, PUA-lar, hərbi təyyarələr və digər bu kimi silahlar, texnikalar istehsal edir və çox böyük uğurlara imza atır. General-leytenant Namiq İslamzadənin haqqında söhbət gedən sərgidə iştirakı və "J-10C" kimi tanınan Çin istehsalı qırıcıların ixrac versiyasını əks etdirən fotoşəkildə görüntülənməsi təsadüfi deyil. Namiq İslamzadəni mən çox gözəl  tanıyıram. O, aviasiya sahəsində böyük mütəxəssisdir, gənc yaşlarından general-leytenant rütbəsinə gəlib çatana qədər aviasiya sahəsində böyük nailiyyətlər əldə edib və çox böyük təcrübəyə malik gözəl pilotdur, bütün təyyarələrdən yaxşı anlayışı var. Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı kimi İslamzadənin o sərgidə iştirak etməsi Azərbaycanın Çin hərbi sənayesinin məhsullarına, o sırada "J-10C" kimi tanınan Çin istehsalı qırıcılarına marağının olduğunun göstəricisidir. Çin Pakistanla birlikdə "JF-17" qırıcı tayyərələri də istehsal edir və çox uğurla sınaqdan keçirilib.

Bu silahlar əhatə dairəsi göstərcilərinə görə Azərbaycanın ərazisinə də uyğundur. Həmin təyyarələrin ilk partiyasını Azərbaycan artıq əldə edib. Komandan İslamzadə belə məlum olur ki, "J-10C" təyyarələri ilə maraqlanıb. Yəqin ki, "J-10C"nin bütün Azərbaycan üçün bütün müsbət və mənfi tərəflərini öyrənmək qərarına gəlinib. Bu istiqamətdə yəqin bir müddət araşdırmalar gedəcək. Azərbaycana sərf etdiyi qənaətinə gəlindiyi halda ölkəmiz həmin silahları da əldə edə bilər. Bir şərtlə ki, Çin dövləti "J-10C"ni satışa çıxardığl halda. Bilirsiniz ki, yeni nəsil silahlar satışa çıxarılmamışdan öncə onu öz ordusunun silah arsenalına qəbul edir, ordu təmin olunduqdan sonra digər dövlətlərə satışı həyata keçirirlər. Hansı dövlətə satmaq da mühüm rol oynayır. Yeni nəsil silahlar heç də hər dövlətə satılmır. Azərbaycan yeni nəsil silahları alan ölkələrdəndir və yəqin ki, gələcəkdə "J-10C"ni də ala bilər. Bu təyyarələr 5-ci nəsil təyyarələrdir və yeni istehsal edildiyi üçün onun göstəricilərinin ABŞ-ın F-16 "Döyüş Şahinləri", Avropanın “Eurofighter Typhoons” və Fransanın “Rafael”lərindən üstün və zəif tərəflərinin müqayisə edilməsi üçün yetərli informasiya yoxdur. Ümumən nəzəri cəhətdən söyləyə bilərik ki, Çinin son zamanlar yeni nəsil silahların istehsalında böyük sıçrayış əldə etməsi faktı "J-10C" gözəgörünməz qırıcı təyyarəsinin adıçəkilən təyyarələrdən geri qalmayacağı inamını yaradır. Dəqiq olan odur ki, Çin istehsalı olan təyyarələrin ABŞ, Fransa təyyarələrin qiymətindən xeyli dərəcədə münasibdir". 

Ekspert vurğuladı ki, Çinin beşinci nəsil “F-10C Vigorous Dragon” gözəgörünməz qırıcıları sınaqdan uğurlu çıxsa Azərbaycan onu ala bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri