Icma.az
close
up
RU
Azərbaycanın füsunkar bölgələrindən biri Zəngilan VİDEO

Azərbaycanın füsunkar bölgələrindən biri Zəngilan VİDEO

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəngilan, 30 oktyabr, Aydın Yavərzadə, AZƏRTAC

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Zəngilan.

Azərbaycanın cənub-qərbində, Həkəri çayının sahilində yerləşən Zəngilan bu gün öz təbiətinin əzəli gözəlliyini yenidən nümayiş etdirir. Dağlarla əhatələnmiş bu diyar, payız fəslində sanki qızılı rəngə bürünür. Ağacların saralmış yarpaqları, çayların şırıltısı və təmiz dağ havası Zəngilanı Vətənin füsunkar bölgələrindən birinə çevirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad olunan Zəngilanın dirçəlişi Ağalı kəndindən başlayıb. Burada 175 ailə olmaqla, 871 nəfər məskunlaşıb. “Ağıllı kənd” modeli əsasında qurulan bu yaşayış məntəqəsi həm də yurda dönüşün rəmzidir. Burada yeni evlər inşa olunub, məktəb fəaliyyətə başlayıb. Kənd ərazisində park salınıb, təsərrüfatlar yenidən canlanıb. Uzun illər kənddə hökm sürən sükutu indi xoşbəxtlik sədaları, gülüş səsləri əvəz edir.

Zəngilanın dağ ətəklərində yerləşən mənzərəli yerləri göz oxşayır. Rəzdərə belə məkanlardan biridir. Rəzdərənin təbiəti payızda nağıl səhnəsini xatırladır, yamyaşıl təpələr sarı və qızılı rənglərə bürünür. Rayon ərazisində yerləşən təbii su mənbələrindən biri də Qotursu bulağıdır. Şəffaf, mineral tərkibli suyu ilə tanınan bulaq Zəngilanın həm təbii, həm də turizm sərvətidir.

Buraya gələn hər səyyah payızın sehri ilə təbiətin gözəlliyini və insan əzmini duyur. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri