Icma.az
close
up
RU
Azərbaycanın geosiyasi hədəfləri və diplomatik təşəbbüsləri

Azərbaycanın geosiyasi hədəfləri və diplomatik təşəbbüsləri

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibəsində qlobal dəyişikliklər, ölkəmizin xarici siyasətə yanaşması, həmçinin beynəlxalq əlaqələr və mövcud geosiyasi vəziyyət haqqında geniş məlumatlar təqdim edib.

Müsahibədə dövlətimizin başçısının qlobal dəyişikliklərə dair fikirləri, Azərbaycanın dünya arenasında rolu və strateji hədəfləri ön plana çıxıb. Prezident İlham Əliyev qeyd edib ki, dünyada qlobal dəyişikliklər hələ yeni başlayıb və bu dəyişikliklər, mövcud siyasi və iqtisadi quruluşları yenidən formalaşdıracaq. Azərbaycan Prezidenti, xüsusilə Avropada enerji böhranı, geosiyasi gərginliklər və texnoloji inqilabların yeni dünya nizamına təsirindən bəhs edib. Bu dəyişikliklərin yalnız siyasi məsələlərlə bağlı deyil, həm də iqtisadiyyat, enerji resursları, beynəlxalq ticarət və texnologiya sahələrindəki yeniliklərlə əlaqədar olduğunu bildirib. “Qlobal dəyişikliklər artıq özünü göstərir, lakin bu proses hələ başlanğıc mərhələsindədir. Bütün dünya bu dəyişikliklərə hazır olmalıdır. Azərbaycan da bu dəyişikliklərə uyğun olaraq öz strategiyasını və xarici siyasətini yeniləyir”, – deyə cənab İlham Əliyev qeyd edib.
Müsahibədə Azərbaycanın enerji siyasətinə xüsusi diqqət yetirilib, həmçinin dövlətimizin Avropaya enerji ixracı sahəsində mühüm roluna toxunulub. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq tərəfdaşları ilə əməkdaşlığını genişləndirmək və yeni enerji layihələri ilə qlobal bazara daha çox inteqrasiya etmək niyyətində olduğu vurğulanıb. “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edəcək. Bu məqsədlə həm karbohidrogenlər, həm də bərpa olunan enerji mənbələri üzərindəki layihələrimizi inkişaf etdiririk,” – deyə dövlətimizin başçısı bildirib.
Dövlətlər yaranandan indiyə qədər beynəlxalq əlaqələr və diplomatiya dövlətlər arasında münasibətləri yaradan vasitə kimi əhəmiyyət kəsb edib. Cənab İlham Əliyev müsahibədə Azərbaycanın beynəlxalq əlaqələrinə və diplomatik strategiyasına da toxunub, ölkəsinin çoxvektorlu xarici siyasətini davam etdirdiyini və bunun beynəlxalq arenada dövlətimizin nüfuzunu artırdığını qeyd edib. Dövlət başçısı, xüsusilə Azərbaycanın Avropa, Asiya və Amerika ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlıqlarını genişləndirməsi, regionda və qlobal miqyasda sabitlik və inkişafın təmin olunmasına yönəlik atılan addımlar barədə danışıb.
Azərbaycan Prezidenti, dövlətimizin digər ölkələrlə olan regional münasibətlərini diqqətlə izlədiyini və bu əlaqələrin dərinləşdirilməsinə davam edəcəyini vurğulayıb. Müsahibədə Prezident İlham Əliyev Azərbaycanın iqtisadi inkişafı və rəqəmsal transformasiya sahəsində nailiyyətlərini də qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti son illər ərzində iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqəmsal texnologiyaların tətbiqi istiqamətində mühüm addımlar atıb. Prezident, Azərbaycanın bu sahədə inkişafını qlobal dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə ölkədə qabaqcıl texnologiyaların tətbiqini və infrastruktur layihələrini genişləndirildiyini vurğulayıb: “Biz rəqəmsal iqtisadiyyatın inkişafına böyük önəm veririk və bu sahədə müasir texnologiyaları tətbiq edirik. Azərbaycan yaxın gələcəkdə rəqəmsal infrastruktur sahəsində regionda lider ölkələrdən biri olacaq”.
Prezident İlham Əliyev, Azərbaycanın regionda sülh və sabitliyin təmin edilməsinə yönəlik diplomatik təşəbbüslərini də diqqətə çatdırıb. O, ölkəmizin regionda təhlükəsizlik məsələlərində fəal iştirak etdiyini və bu sahədə digər ölkələrlə əməkdaşlıq etdiyini bildirib. Cənab İlham Əliyev Azərbaycan ərazisindəki münaqişələrin həlli və regionda daha geniş sabitlik üçün müvafiq addımların atılmasında davam edəcəyini vurğulayıb.
Cənab İlham Əliyev təhsil və insan kapitalının inkişafının Azərbaycan hökumətinin prioritetlərindən biri olduğunu qeyd edib. O, ölkənin gələcəyinin müasir və qabaqcıl təhsil sistemindən asılı olduğunu vurğulayıb. Dövlətin bu istiqamətdəki islahatları və layihələri barədə məlumat verən Prezident, həmçinin Azərbaycanın gənclərinin beynəlxalq səviyyədə daha çox təhsil almasının təşviq olunduğunu bildirib. “Biz, yalnız iqtisadi inkişafı deyil, həm də insan kapitalının inkişafını təmin etmək üçün geniş tədbirlər həyata keçiririk. Azərbaycanlı gənclər artıq dünyanın ən nüfuzlu universitetlərində təhsil alır və ölkəmizin inkişafına töhfə verirlər” – deyə İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev müsahibədə Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandan kimi dövlətimizin qüdrətini ifadə etməklə yanaşı, həm də qlobal siyasi proseslərin mükəmməl bilicisi kimi dünyaya ən gerçək diplomatik reallığı anlatdı. Müsahibə dünyaya dövlətimizin və onun liderinin gücünün açıq göstərdi.

İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Mart 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri