Icma.az
close
up
RU
Trampın diplomatik təşəbbüsləri: Cənubi Qafqazda Azərbaycanın geopolitik rolu

Trampın diplomatik təşəbbüsləri: Cənubi Qafqazda Azərbaycanın geopolitik rolu

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp, Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində səylərini ortaya qoyaraq, mətbuat konfransında münaqişənin həlli üçün diplomatik təşəbbüslərini açıqlayıb.

Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı keçirən Amerika lideri Donald Tramp, hər iki tərəfin sülhə doğru gedən yol üzrə anlaşma əlamətləri göstərdiyini qeyd edib. Bu açıqlamalar ABŞ-nin bu münaqişəyə müdaxilə etmə və sülh prosesində vasitəçilik etmə mövqeyini gücləndirir. Trampın Rusiya-Ukrayna müharibəsinin həlli üçün vasitəçilik etməyi təklif etməsi ABŞ-nin geopolitik müstəvidə nə dərəcədə təsirli rol oynadığını göstərmək məqsədi güdür. Lakin bu yanaşmanın effektivliyi çoxlu amillərdən asılıdır. Ən mühüm məsələlərdən biri, Amerikanın özü ilə əlaqəli olan daxili və beynəlxalq təzyiqlərdir. Avropa Birliyi və digər Qərb ölkələri ilə ortaq bir siyasət təklif etmək, Birlşmiş Ştatlar üçün müharibənin həlli məsələsində önəmli bir addım ola bilər, amma yalnız ABŞ-nin təkbaşına münaqişəni dayandırması real görünmür.

Lakin bu cür yanaşmaların nə qədər real və effektiv olduğu, geopolitik müstəvidəki dəyişikliklər və tərəflərin mövqelərinin sərtliyi nəzərə alındıqda, sual doğurur.

Mövzu ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq İlyas Hüseynov bildirib ki, Trampla Putin arasında Səudiyyə Ərəbistanında baş tutacaq görüş ciddi maraq doğurur. Müsahibimiz hesab edir ki, toplantının əsas gündəliyi proseslərin nizamlanması ilə bağlı detalların müzakirəsi ilə bağlı olacaq. Lakin görüş yerinin Səudiyyə Ərəbistanı seçilməsi heç də təsadüfi addım deyil. Bu, görüş zamanı Yaxın Şərqdə baş verən proseslərin danışılacağı anlamına gəlir. İsrail-HƏMAS, İsrail-Hizbullah, İsrail-İran kimi kifayət qədər kəskin problematikaların müzakirəsi istiqamətində danışıqların aparılması da gözlənilən addımlar arasındadır".

İlyas Hüseynov: Bu tip müzakirələrdə yeni geopolitik reallıqlarla bağlı müxtəlif mülahizələr irəli sürülə bilər

Onun sözlərinə görə, bu danışıqların Cənubi Qafqaza nə dərəcədə təsir edəcəyi maraq doğurmaqdadır:

"Bu tip müzakirələrdə yeni geopolitik reallıqlarla bağlı müxtəlif mülahizələr irəli sürülə bilər. Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsinın perspektivləri, delimitasiya və demarkasiya məsələləri, kommunikasiya xətlərinin açılması uzun müddətdir ki, rəsmi Bakıyla İrəvan arasında siyasi gündəliyin əsasını təşkil edir. O cümlədən, Rusiyayla bağlı məsələlər və MDB-də gedən proseslər də detallı şəkildə analiz ediləcək mövzular sırasında ola bilər".

Politoloq bildirib ki, Azərbaycanın İsrailə bağlı həyata keçirdiyi siyasət balanslıdır. Buna görə də, görüşün nəticələri Azərbaycan üçün müsbət ola bilər:

"Azərbaycan İsrail ilə münasibətlərini inkişaf etdirərkən, həm də özünün regiondakı əsas strateji tərəfdaşları ilə münasibətləri qoruyub saxlamağa çalışır. Bu yanaşma, Azərbaycanın geopolitik mövqeyini gücləndirmək və müxtəlif güc mərkəzləri arasında balans yaratmaq məqsədini güdür. Buna görə də, Trampın Səudiyyə Ərəbistanında keçirəcəyi görüşün nəticələri Azərbaycan üçün müsbət ola bilər, çünki bu, regiondakı sabitlik və təhlükəsizlik məsələlərində Azərbaycanın rolunu daha da möhkəmləndirə bilər. Bu cür diplomatik təşəbbüslər Azərbaycanın beynəlxalq arenada daha güclü bir mövqe tutmasına imkan verə bilər, həmçinin Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradaraq, mövcud münaqişələrdə daha fəal iştirak etməsinə şərait yarada bilər".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Fevral 2025 09:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri