Icma.az
close
up
RU
Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib ŞƏRH EDİLDİ

Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ordumuzun təməlini qoymuşdur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlətimizin başçısı tərəfindən Azərbaycan Korpusunun yenidən yaradılması barədə qərar qəbul olundu və bu proses prioritet istiqamət kimi müəyyən edildi: "Bu addım həm də Azərbaycan ordusunun qədim və güclü hərbi ənənələrə sahib olduğunu bir daha nümayiş etdirdi. Müstəqillikdən sonra Azərbaycan Korpusunun yaradılması milli təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edirdi və bu sahədə xüsusi xidmətlər göstərildi. Bildiyimiz kimi, 70 il ərzində Sovet sistemində aparılan hərbi hazırlıq bizə bu sistemin imkan və məhdudiyyətlərini göstərdi. Lakin bu gün Azərbaycan ordusunun təlim və hazırlıq sistemi mərhələli şəkildə NATO standartlarına uyğunlaşdırılır. Bu dəyişikliklər Azərbaycanın hərbi sahədə müasir tələblərə uyğunlaşmaq və beynəlxalq təhlükəsizlik strukturları ilə uzlaşmaq istiqamətindəki strateji baxışını əks etdirir. Təhlükəsizlik baxımından biz ordumuzun daha da təkmilləşdirilməsi, peşəkar zabit, gizir və əsgər heyətinin hazırlanması, hərbi təhsil müəssisələrinin və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ciddi addımların atıldığını müşahidə etdik. Azərbaycan ordusu İkinci Qarabağ müharibəsinə qədər istər şəxsi heyətin döyüş hazırlığı baxımından, istərsə də maddi-texniki təchizat baxımından əhəmiyyətli dərəcədə inkişaf yolu keçmişdi. Bu inkişafın praktiki nəticələrini biz həm İkinci Qarabağ müharibəsində, həm də sonrakı antiterror tədbirlərində aydın şəkildə gördük. Xüsusilə qeyd olunmalıdır ki, əldə olunmuş uğurlara əsaslanaraq, İkinci Qarabağ müharibəsindən sonra da, Ali Baş Komandanın tövsiyələrinə uyğun olaraq, yeni komanda bölmələrinin yaradılması, onların təchizatının təmin olunması, eyni zamanda qoşun növləri üzrə ordu strukturunun müasirləşdirilməsi, texniki vasitələrlə təminatın artırılması, hərbi hava qüvvələrinin yenilənməsi və bu istiqamətdə yeni avadanlıqların alınması həyata keçirilmişdir. Şübhəsiz ki, bütün bu faktorlar göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan ordusu sürətlə güclənməyə davam edir. Hazırda orduya müasir silahların gətirilməsi, şəxsi heyətin döyüş hazırlığının artırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Eyni zamanda, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində də davamlı tədbirlər həyata keçirilir. Bütün bu fəaliyyətlər Silahlı Qüvvələrimizin gücünü daha da artırır".

"Bugünkü reallıq onu göstərir ki, Azərbaycanın güclü ordusu artıq döyüş meydanında da öz sözünü deyib və bütün dünya bunu açıq şəkildə müşahidə edib. Silahlı Qüvvələrimiz hər zaman dövlət başçısının diqqət mərkəzindədir. Cari və gələcək illər üçün nəzərdə tutulan təhlükəsizlik və müdafiə tədbirlərinə nəzər saldıqda bunu aydın şəkildə görmək mümkündür. Müasir dövrdə dünyada baş verən proseslərə baxdıqda təhlükəsizlik hər bir dövlət üçün əsas prioritet məsələlərdən birinə çevrilib. Çünki biz artıq praktiki olaraq müşahidə edirik ki, beynəlxalq hüquq prinsipləri bəzi hallarda nəzərə alınmır və buna əməl edilmir. Bütün bunları nəzərə alaraq düşünürük ki, bundan sonra da Azərbaycan ordusunun inkişaf etdirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, fasiləsiz olaraq yeni nəsil müasir silah sistemlərinin orduya verilməsi və digər zəruri tədbirlərin həyata keçirilməsi davam etdiriləcək" - deyə o, əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see275

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see237

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see191

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see171

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see158

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see157

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see156

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri