Icma.az
close
up
RU
Azərbaycanın Gürcüstana güzəştli qaz satışı gələn il başa çatır Nə baş verəcək?

Azərbaycanın Gürcüstana güzəştli qaz satışı gələn il başa çatır Nə baş verəcək?

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“Əgər Gürcüstan 500 milyon kubmetr əlavə qazı itirsə və bu həcmi Rusiyanın “Qazprom” şirkətindən alınan qazla əvəz etməli olsa, ölkə ciddi enerji böhranı ilə üzləşə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin keçmiş millət vəkili Roman Qotsiridze BMGTV-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz Qaz Boru Kəməri layihəsi çərçivəsində imzalanan müqavilələrə əsasən, Gürcüstan Azərbaycandan Türkiyəyə nəql edilən qazın 5 faizini almaq hüququna malikdir:
“Bu müqavilə 2068-ci ilə qədər qüvvədədir. Bundan əlavə, layihə 2006-cı ildə fəaliyyətə başladıqdan sonra 20 il ərzində Gürcüstan investor ölkələrdən ildə 500 milyon kubmetr qazı xüsusi, güzəştli qiymətlə almaq imkanı əldə edib. Sözdə “əlavə qaz” adlandırılan bu müqavilə 2026-cı ilin sonunda başa çatır”.
Roman Qotsiridze bildirib ki, bu müqavilənin uzadılıb-uzadılmayacağı və qazın hansı qiymətə təklif olunacağı hazırda açıq sualdır.
Qotsiridze xatırladıb ki, XX əsrin sonlarında Cənubi Qafqaz Qaz Boru Kəməri Konsorsiumu ilə Gürcüstan arasında müqavilə şərtləri razılaşdırılarkən o, Mixeil Cibut və Temur Qoçitaşvili ilə birlikdə Gürcüstan Qaz və Neft Korporasiyası tərəfindən cəlb olunmuş mütəxəssislərdən biri olub.
Onun sözlərinə görə, Şahdəniz qaz müqaviləsi üzərində danışıqlar zamanı Beynəlxalq Neft və Qaz Korporasiyasının o vaxtkı prezidenti Gia Çanturiya mühüm rol oynayıb.
Qotsiridze bildirir ki, Çanturiya həm Azərbaycan, həm də ABŞ tərəfindən yüksək etimad qazandığı üçün Londonda aparılan danışıqlarda vəziyyəti dəyişə bilib:
“Nəticədə Gürcüstan 5 faiz “pulsuz qaz” və ildə 500 milyon kubmetr həcmində güzəştli “əlavə qaz” əldə edib. Onun sözlərinə görə, bu qaz hədiyyə deyil, tranzit haqqının bir forması idi və o dövrdə 500 milyon kubmetr Gürcüstanın ümumi istehlakının yarısını təşkil edirdi”.
Roman Qotsiridze qeyd edib ki, həmin danışıqların nəticəsində əldə olunan şərtlər uzun illər Gürcüstanda enerji sabitliyini təmin edib: “O vaxt da, indi də əsas üstünlüyümüz Azərbaycan qazının Avropaya yeganə marşrutunun Gürcüstandan keçməsidir. Hazırda Gürcüstan ildə təxminən 3 milyard kubmetr qaz istehlak edir və demək olar ki, tamamilə idxaldan asılıdır. Bu qaz istilik, biznes sektoru, yanacaqdoldurma məntəqələri və istilik elektrik stansiyaları üçün istifadə olunur. Ötən il ölkə 3,1 milyard kubmetr qaz üçün təxminən 400 milyon dollar ödəyib. Əsas təchizatçılar Azərbaycan və Rusiyadır. Bu ilin ilk 10 ayında qaz idxalına 286 milyon dollardan çox vəsait xərclənib. Statistikaya görə, bu məbləğin 171,5 milyon dolları Azərbaycandan, 115 milyon dolları isə Rusiyadan alınan qazın payına düşür. 2024-cü ilin yanvar–oktyabr ayları ilə müqayisədə Rusiyadan qaz idxalı 23 faiz artıb, Azərbaycandan isə təxminən 6 faiz azalıb. Gürcüstan Rusiyadan qazı “Şimal–Cənubi Qafqaz” boru kəməri, Azərbaycandan isə Qazaxıstan–Saquramo qaz kəməri və Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə alır”.
Roman Qotsiridzenin sözlərinə görə, güzəştli qiymətlə – təxminən 70 -75 dollara alınan 500 milyon kubmetr “əlavə qaz” ümumi istehlakın əhəmiyyətli hissəsini təşkil edir:
“Əgər bu müqavilə uzadılmasa, yaranacaq kəsir çox güman ki, Rusiya qazı hesabına doldurulacaq”.
O bildirib ki, Rusiya qazından asılılığın artması artıq müşahidə olunur və bu proses 2026-cı ilə qədər daha da güclənə bilər.
Qotsiridzenin sözlərinə görə, əgər Rusiyadan idxal olunan qazın həcmi 1 milyard kubmetrə çatarsa, bu, Gürcüstanın ümumi istehlakının üçdə birinə bərabər olacaq ki, bu da ciddi təhlükədir.
Keçmiş deputat hesab edir ki, Avropada Azərbaycan qazına tələbatın yüksək olduğu bir dövrdə Gürcüstan hökumətinin Cənubi Qafqaz Qaz Boru Kəməri Konsorsiumu ilə danışıqları gecikdirməsi ölkəni mühüm siyasi üstünlükdən məhrum edir. Onun fikrincə, danışıqlara ən azı bir il yarım əvvəl başlanmalı idi.
Roman Qotsiridze vurğulayıb ki, “əlavə qaz”la bağlı danışıqlar Azərbaycan dövləti ilə deyil, Cənubi Qafqaz Qaz Boru Kəmərinə sahib olan beynəlxalq konsorsiumla aparılmalıdır. O, mövcud reallıqda konsorsiumun 2026-cı ildən sonra Gürcüstana əvvəlki qiymətlə qaz satmağa davam edəcəyinə şübhə ilə yanaşır.
Keçmiş deputatın fikrincə, ən optimal variant konsorsiumun 500 milyon kubmetr qazı Gürcüstana kommersiya, lakin məqbul qiymətlə təklif etməsidir. O qeyd edib ki, əsas gözlənti Gürcüstanın “Qazprom”a müraciət etməyə məcbur qalmamasıdır.
Roman Qotsiridze sonda bildirib ki, əgər Gürcüstan 2026-cı ildən sonra bu həcmdə qazı beynəlxalq konsorsiumdan ala bilməsə, bu, təkcə iqtisadi deyil, həm də siyasi nəticələrə səbəb olacaq və ölkəni Rusiyadan daha asılı vəziyyətə salacaq.
Onu da bildirək ki, məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze də açıqlama verib. O bildirib ki, hazırda danışıqlar başlamayıb: “Mövcud müqavilə gələn ilin sonuna qədər qüvvədədir və Azərbaycan tərəfi ilə danışıqlar dostluq münasibətləri çərçivəsində aparılacaq”.
Elnur Əli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri