Azərbaycanın Gürcüstana yatırımı çoxalır
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Ölkəmizdən Gürcüstana yatırılan birbaşa investisiyaların həcmi getdikcə artır. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin yanvar–sentyabr aylarında qonşu ölkəyə 95 milyon 750 min ABŞ dolları investisiya yönəldilib.
Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 45 milyon dollar və ya 88,8 faiz çoxdur. Belə ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycandan Gürcüstana 50 milyon 710 min dollar birbaşa investisiya yatırılıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici iqtisadiyyata yatırılan birbaşa investisiyaların ümumi həcmi 1 milyard 380,6 milyon ABŞ dolları təşkil edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib
07 İyun 2025 21:18
Azərbaycanın Gürcüstana qoyduğu investisiyanın həcmi açıqlandı
09 Dekabr 2024 14:10
Kartla ödəniş çoxalır
28 Dekabr 2024 10:27
“Yaşıl” avtomobillər çoxalır
19 Dekabr 2024 00:49
Paytaxtda elektromobillər çoxalır
20 Noyabr 2024 00:06
Baxış sayı:76
Bu xəbər 19 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















