Azərbaycanın Gürcüstandakı Səfirliyi və AZEBİ yüzlərlə aztəminatlı ailəyə yardım edib
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın Gürcüstandakı Səfirliyi və Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Ramazan ayı münasibətilə Gürcüstanda yaşayan aztəminatlı ailələrə ərzaq yardımı göstərib.
AZXEBER.COM xəbər verir ki, yardımlar səfirliyin müşaviri Samir Əbdürəhimov, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov və digər rəsmi şəxslər tərəfindən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) Şeyxi Hacı Faiq Nəbiyev və müfti Etibar Eminova təhvil verilib.
Bu il yardımların ünvanlara çatdırılması GMİ-nin təşkilatçılığı ilə həyata keçiriləcək. Ümumilikdə 300-dən çox aztəminatlı ailəyə Ramazan sovqatı paylanacaq.

Pakistanın səfirliyi Azərbaycan və Gürcüstandakı vətəndaşlarına xəbərdarlıq edib
14 İyun 2025 14:37
Almaniyanın Gürcüstandakı səfirliyi: Dinc inqilab mümkündür
09 Noyabr 2024 17:17
İsrailin Gürcüstandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb
13 İyun 2025 13:38
Britaniyanın Gürcüstandakı səfirliyi qrant layihələri ləğv etdi
11 İyun 2025 14:03

