Icma.az
close
up
RU
Azərbaycanın haqlı mövqeyini təsdiqləyən ilk beynəlxalq sənəd

Azərbaycanın haqlı mövqeyini təsdiqləyən ilk beynəlxalq sənəd

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixli 822 saylı qətnaməsi Ermənistan–Azərbaycan münaqişəsinin gedişində qəbul edilmiş ilk rəsmi sənəd kimi həm hüquqi, həm də siyasi baxımdan böyük əhəmiyyətə malikdir. Qətnamə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsindən dərhal sonra qəbul olunmuş və beynəlxalq ictimaiyyətin bu təcavüzə münasibətini açıq şəkildə ortaya qoymuşdur. Sənəd ilk növbədə Kəlbəcərin işğalını pisləyir, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxmasını tələb edir. Bu, BMT kimi beynəlxalq təşkilatın Azərbaycan ərazi bütövlüyünü təsdiqləyən mühüm siyasi-hüquqi mövqe idi. Qətnamə həmçinin regionda gedən hərbi əməliyyatların dərhal dayandırılmasını, atəşkəsin təmin olunmasını və tərəflərin danışıqlar yolu ilə münaqişəni həll etməsini tələb edirdi. Sənəddə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlara dəstək ifadə olunur və mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının vacibliyi qeyd edilirdi. 822 saylı qətnamə Ermənistanın işğalçı tərəf olduğunu dolayısı ilə təsdiqləyən və onun hücumlarını beynəlxalq hüquq normalarına zidd kimi qiymətləndirən sənəd idi. BMT Təhlükəsizlik Şurası işğal nəticəsində yaranmış humanitar böhranı da xüsusi vurğulayırdı. Minlərlə mülki azərbaycanlının öz doğma yurdlarından məcburi şəkildə qovulması, qaçqın və məcburi köçkün axınının yaranması beynəlxalq aləmdə ciddi narahatlıq doğurmuşdu. Qətnamə həmçinin regiona humanitar yardım göstərilməsini təşviq edir və bunun koordinasiyası üçün BMT-nin aidiyyəti qurumlarına çağırış edirdi. Əhəmiyyətli məqamlardan biri də ondan ibarət idi ki, 822 saylı qətnamə BMT Təhlükəsizlik Şurasının səs çoxluğu ilə qəbul edilmiş və heç bir ölkə tərəfindən veto edilməmişdi. Bu da göstərirdi ki, Azərbaycan haqlı mövqeyə malikdir və dünya birliyi onun ərazi bütövlüyünü şübhə altına almır. Lakin Ermənistanın qətnamədə göstərilən tələblərə əməl etməməsi, işğal olunmuş ərazilərdən geri çəkilməkdən imtina etməsi münaqişənin uzanmasına və bölgədə gərginliyin artmasına səbəb oldu. Sonrakı illərdə qəbul olunan 853, 874 və 884 saylı qətnamələr də eyni mövqeyi gücləndirsə də, Ermənistanın destruktiv siyasəti davam edirdi. 822 saylı qətnamə həm Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini təsdiqləyən, həm də münaqişənin sülh yolu ilə həlli üçün vacib hüquqi çərçivə yaradan sənəd olaraq qalır. 2020-ci ilin Vətən müharibəsi nəticəsində Azərbaycan BMT qətnamələrinin icrasını 27 ildən sonra öz gücü ilə təmin etdi və bu, dövlətimizin siyasi iradəsinin və Ordumuzun gücünün ən bariz göstəricisinə çevrildi. Bu gün 822 saylı qətnamə həm tarixi sənəd kimi, həm də Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq hüquqi dayaqlarından biri olaraq mühüm əhəmiyyətini qoruyub saxlayır.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri