Icma.az
close
up
RU
Azərbaycanın həbsdə olmuş deputatları: Kimlər hansı QANUNU POZUB?

Azərbaycanın həbsdə olmuş deputatları: Kimlər hansı QANUNU POZUB?

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, polis əməkdaşına xəsarət yetirmə ittihamı ilə məhkum edilmiş sabiq deputat Eldəniz Səlimov azadlığa buraxılıb.  E.Səlimovun 3 il 6 aylıq həbs cəzası 2025-ci ilin fevralın 3-də başa çatıb


Xatırladaq ki, E.Səlimov məhkumluq həyatı yaşayan yeganə deputat deyil. Ondan öncə və sonra daha bir neçə deputat Azərbaycan qanunvericiliyin tələblərini pozaraq cinayət məsuliyyəti yaratdığından məhkumluq həyatı yaşayıb. 

Sfera.az saytı onlar haqqında məlumatları təqdim edir. 

Qeyd edək ki, məhkumluq həyatı yaşayan deputatların bəziləri Ali Sovetin dövründə, digərləri isə Milli Məclisin fəaliyyəti dövründə millət vəkili seçiliblər. 

Ali Sovetin deputatı olmuş şəxslərdən İsgəndər Həmidov, Tofiq Qasımov, Fərəc Quliyev, Pənah Hüseyn və İsa Qəmbər cinayət məsuliyyətinə cəlb edilib. P.Hüseyn və F.Quliyev sonradan həm də Milli Məclisin deputatı olub.

Məhkumluq həyatı yaşayan İ.Həmidov 1995-ci ildə həbs edilib. O, dövlət əmlakını mənimsəmə, qulluq mövqeyindən sui-istifadə etmə və digər ağır cinayətlərdə ittiham olunurdu. Həmidov 2003-cü ildə Prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv edilib. T.Qasımov 1995-ci ilin sentyabrında qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamları ilə həbs olunub. O, həbs edilməmişdən öncə deputat mandatından məhrum edilmişdi. 1996-cı ildə Ali Məhkəmə tərəfindən azad edildi. Deputat F.Quliyev isə qanunsuz silahlı dəstə yaratmaq ittihamı ilə həbs edilmişdi. Quliyev 2002-ci ilə qədər həbsdə qaldı. 

İqbal Ağazadə

Milli Məcli Məclis dövründə həbs olunan ilk deputat İqbal Ağazadədir. 2003-cü ildə saxlanılan İ. Ağazadə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ağazadə 20 mart 2005-ci ildə əfv fərmanı ilə azad olunub.

2003-cü ildə P.Hüseyn və İ.Qəmbər də həbs ediliblər. Həmin şəxslər də qısa müddət sonra azadlığa buraxılıb. 

Fikrət Sadiqov

2000-2005-ci illərdə Milli Məclisinin deputatı olmuş, "Azərkimya" Dövlət Şirkətinin Prezidenti Fikrət Sadıqov 2005-ci ilin oktyabrında həbs edilib. O, dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı və həbs olundu. Bir neçə gün həbsdə qaldıqdan sonra onun cəzası ev dustaqlığı ilə əvəz edilib.

Əli İnsanov

2005-ci ildə deputat olan, sabiq səhiyyə naziri  Əli İnsanov da həbs olunub. O, hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq ittihamlarla həbs edilib, 2007-ci ilin aprel ayında 11 il müddətinə azadlıqdan məhrum olunub.

Hüseyn Abdullayev

Keçmiş millət vəkili Hüseyn Abdullayev də həbs həyatı yaşayıb. Milli Məclisin 2007-ci il yaz sessiyasında deputat H.Abdullayev digər deputat  Fəzail Ağamalıya qarşı zorakılıq etdiyi üçün millət vəkilliyi əlindən alındı. İki aylıq həbsdən sonra H.Abdullayev azadlığa buraxılıb. Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda ittiham olunaraq 2018-ci ildə yenidən həbs edilib.

Gülər Əhmədova

Deputat Gülər Əhmədova da məhkumluq həyatı yaşayıb. 2013-cü ilin fevralında saxlanılan G.Əhmədova dələduzluq maddəsi üzrə günahkar bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.  2014-cü ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədova cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Dünyamin Xəlilov

2016-cı ildə deputat olmuş digər şəxs "Globus Plaza”nın sahibi  Dünyamin Xəlilov da dələduzluqda təqsirləndirilərək həbs edilib. D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov da məhkum olunub. O, öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə günahdak bilinib. 2 aprel 2021-ci ildə haqqında həbs qətimkar tədbiri seçilən R.Cəbrayılov həbsdə olarkən həmin ilin 30 sentyabrında koronavirusdan müalicə aldığı klinikada dünyasını dəyişib.

Nazim Bəydəmirli

2023-cü ilin iyulunda sabiq deputat Nazim Bəydəmirlinə qarşı cinayət işi açılıb. Bəydəmirli hədə-qorxu ilə tələb etmə (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham olunaraq azadlıqdan məhrum edilib. 

Vasif
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sfera.az
archiveBu xəbər 04 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri