Icma.az
close
up
RU
Azərbaycanın hərb tarixində unikal ZƏFƏR

Azərbaycanın hərb tarixində unikal ZƏFƏR

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilən antiterror əməliyyatlarının ikinci ildönümü ərəfəsindəyik. 

Həmin tarixdə Azərbaycan Ordusu tərəfindən ərazilərimizdəki separatçılara qarşı antiterror tədbirləri həyata keçirildi. 

Cəmi 23 saat davam edən əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə terrorçulardan təmizləndi. Həmin şəhərlərdə 30 ildən sonra yenidən Azərbaycan Bayrağı dalğalanmağa başladı. Beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu əməliyyatın məntiqi nəticəsi olaraq separatçı rejim də tarixə qovuşdu. 2003-cü ilin sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. 

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edildi. Qarabağdakı xunta rejimi ləğv olundu, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı: 

“Lakin bu kifayət deyildi. Əslində, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və ətraf ərazilərin işğaldan azad edilməsi bir neçə saatın məsələsi idi. Ancaq bunun üçün bir qədər gözləmək atılacaq ən doğru addım idi. 

Düzdür, Xankəndi və onun ətrafındakı bölgələrdə həmin yaşayış məntəqələrinin azad edilməsi ilkin baxışda problemli görünürdü. Buna baxmayaraq, qalib Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, iradəsi və yüksək sərkərdəlik bacarığı ciddi ümidlər verirdi. 

Xankəndi və onun ətrafındakı torpaqları işğaldan azad etmədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etmiş olduğu zəfər yarımçıq qala bilərdi. Söhbət Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından gedirdi. Məhz Vətən müharibəsinə başlayanda da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başlıca hədəfi bu idi”. 

Siyasətçi qeyd edib ki, zaman irəlilədikcə, Azərbaycan ərazilərimizdəki “iblis yuvası”nı dağıtmaq üçün onun ətrafındakı həlqəni daraltmağa başlayırdı: 

“Nəhayət, 2023-cü ilin 19-20 sentyabr tarixlərində cəmi 23 saat ərzində yüksək zərgər dəqiqliyi ilə hazırlanan antiterror əməliyyatı olduqa uğurla həyata keçirildi. Bu, Azərbaycanın hərb tarixinə yeni unikal zəfər kimi yazıldı. Üstəlik, bu, həm də Azərbaycan Ordusunun, silahlı qüvvələrinin və Ali Baş Komandanın yüksək bacarığının, vətənpərvərliyinin və qətiyyənin təntənəsi oldu. Ən əhəmiyyətli məsələlərdən biri də ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsi idi”. 

Fəzail Ağamalı vurğulayıb ki, antiterror əməliyyatı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin son əməliyyatı oldu: 

“Beləliklə, ölkəmiz dünya miqyasında qalib bir dövlətə çevrildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri möhkəmləndi, dünyada nüfuzu artdı. Bu gün artıq qalib Azərbaycan dövlətçiliyində yeni uğurlara imza atmaqdadır. 

Xalqımız ilk növbədə Silahlı Qüvvələrimizə və Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıdır. Hər birimiz qazilərimizin, şəhid ailələrinin, əsgərlərimizin və Ali Baş Komandanımızın qarşısında baş əyirik. Torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin də ruhu şaddır. Bizə bəxş edilən böyük zəfərlərin sevincini yaşamağa davam edəcəyik. Qələbələrimiz hər zaman qürur mənbəyimiz olacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan antiterror əməliyyatı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri