Icma.az
close
up
RU
Azərbaycanın Zəfər salnaməsi

Azərbaycanın Zəfər salnaməsi

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Ordusu 2020-ci ildə Vətən müharibəsi ilə öz torpaqlarını azad edərək möhtəşəm Zəfərə imza atdığı 44 gün ərzində informasiya cəbhəsindəki qələbələrimiz də təmin edilirdi. Hərb meydanında əməliyyatlara rəhbərlik edən Prezident İlham Əliyev informasiya müharibəmizə də strateqlik edirdi. Belə ki, müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verən ölkə başçısı cənab İlham Əliyev münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr, eyni zamanda, milli mətbuatımızın fəaliyyətinə istiqamət verirdi. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur.

Hərbi sahədə olduğu kimi diplomatiya və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələr vermiş Prezident İlham Əliyev müsahibələri real mübarizə və silah üsuluna çevirir, diplomatik qələbələrimizi təmin edirdi. Məhz bu müsahibələr nəticəsində beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır. Dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları və mətbu orqanlarına verdiyi müsahibələri ilə Müzəffər Ali Baş Komandan münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdur. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı verdiyi  və gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı fikirlərin yer aldığı  müsahibələr  XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə seçilir, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir insanların  hafizəsinə əbədi həkk olunaraq dillər əzbərinə çevrilirdi. Ölkə başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi bu gün də təqdir edir.

Vətən müharibəsi dövründə xalqımızın qələbəyə inamını artıran digər bir amil isə qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi oldu. Belə ki, hərbi əməliyyatlar başlayan ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın tək olmadığını və Türkiyənin onun yanında olduğunu bəyan etməsi ölkəmizə əlavə güc verdi. Müharibənin sonuna qədər qardaş Türkiyə Azərbyacana siyasi-mənəvi dayaq oldu. Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərində də yeni bir mərhələnin başlanmasına səbəb oldu. Ölkələrimiz arasında mövcud olan dostluq-qardaşlıq əlaqələri daha da möhkəmləndi. Bakıda keçirilən Zəfər paradında Türkiyə Prezidentinin iştirakı beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Bu kontekstdə Vətən müharibəsində əldə etdiyimiz Zəfəri qardaşlığın zəfəri də adlandırmaq olar. 

Bu gün ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilib. 2023-cü ilin sentyabr ayının 19-da keçirilən bir günlük antiterror tədbirləri ilə Qarabağda separatizmin kökü kəsildi və artıq üçrəngli bayrağmız Xankəndidə dalğalanır.

Möhtəşəm Zəfəri ilə regionda və dünyada yeni reallıqlar yaradan ölkəmiz yeni bir mərhələyə qədəm qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir. Dövlətimiz Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış strategiyasını həyata keçirmək üçün davamlı tədbirlər görür. Böyük Qayıdış strategiyasının həyata keçirilməsi qalib Azərbaycan dövlətinin yeni inkişaf dövrünün əsas istiqamətlərindəndir.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see337

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see315

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see297

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see292

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see262

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see258

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see247

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see240

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see220

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see205

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see203

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see200

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see195

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see194

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see193

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see190

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see181

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see179

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri