Icma.az
close
up
RU
Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib

Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədi təqdim edilib

Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (İRENA) və Hidrogen Şurasının təşkilatçılığı ilə keçirilən “Təmiz hidrogen iqtisadiyyatının təmin edilməsi və yeni təchizat zəncirlərinin inkişafı” adlı tədbirdə Azərbaycanın Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı baş tutub.

"Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Samir Vəliyev Azərbaycanın “yaşıl enerji keçidi” istiqamətində atdığı addımlardan, “yaşıl hidrogen” istehsalı və ixracı planlarından danışıb.

“Yaşıl hidrogen”in hazırda qlobal emissiyaların əhəmiyyətli hissəsini təşkil edən ağır sənaye, nəqliyyat və gəmiçilik kimi elektrikləşdirilməsi çətin olan sektorların karbonsuzlaşdırılması üçün zəruriliyi qeyd edilib.

COP29 sədrliyinin enerji sahəsində üç təşəbbüsündən birinin hidrogen bəyannaməsi olduğu vurğulanıb.

Bu təşəbbüsün ölkələrin daxili hidrogen bazarlarını inkişaf etdirərək istehsal qabiliyyətlərini artırmalarına və regional bazarların inkişafına dəstək olmalarına hesablandığı, Azərbaycanın da Hidrogen üzrə Milli Strateji Baxış sənədinin bu məqsədlə hazırlandığı bildirilib.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Hidrogen üzrə Milli Strateji Baxış sənədinin təqdimatı zamanı qeyd edib ki, hazırda balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı ssenarilər nəzərdən keçirilir. Hər ssenari üzrə “yaşıl hidrogen”dən ölkə daxili istifadə və ixrac üçün istiqamətlər, eləcə də tələb olunan bərpa olunan enerji gücünə dair qiymətləndirmələr aparılıb.

Vurğulanıb ki, 2050-ci ilə qədər yaşıl hidrogenin istehsalı üzrə balanslaşdırılmış və sürətləndirilmiş ssenarilərə uyğun olaraq 9 QVt və 18 QVt həcmində bərpa olunan enerji qoyuluş gücü tələb olunur. 2060-cı ilə proqnozlaşdırılan ambisiyalı ssenaridə isə 30 QVt həcmində bərpa olunan enerji həcmlərinin quraşdırılması hədəflənir. Bu məqsədlə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü ilə bağlı hazırda araşdırmalar aparılmaqdadır. Bu hədəflərə nail olmaq üçün dənizdə külək enerjisindən istifadə ilə yanaşı, hibrid şəkildə quruda külək və günəş enerjisindən də istifadə olunması mümkündür. Azərbaycanda dənizdə külək enerjisinin iqtisadi potensialı 38 QVt-a qədər qiymətləndirilir ki, bu da Strateji Baxış sənədi ilə tam uyğunluq təşkil edir.

Növbəti mərhələdə Strateji Baxış sənədinin tətbiqi planının hazırlanması nəzərdə tutulur.

Hidrogen üzrə Milli Strateji Baxış sənədi COP29 Prezidentliyi tərəfindən elan edilmiş Hidrogen Bəyannaməsinə və ölkəmiz tərəfindən həyata keçirilən yaşıl enerji dəhlizləri konsepsiyasına uyğundur və ölkəmizin hidrogendən istifadə ilə bağlı gələcək planlarını özündə əks etdirir.

Qeyd edək ki, sözügedən Strateji sənədin hazırlanması məqsədilə Energetika Nazirliyinin sədrliyi ilə əsas maraqlı tərəflərin, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, SOCAR, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və digər aidiyyəti qurumlardan ibarət İşçi qrupu fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 13 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri