Icma.az
close
up
RU
Azərbaycanın ilk “ağıllı şəhər”i: Ağdama qayıdış nə vaxt başlayır?

Azərbaycanın ilk “ağıllı şəhər”i: Ağdama qayıdış nə vaxt başlayır?

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Xəbər verdiyimiz kimi, fevralın 18-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfər ediblər.

Səfər çərçivəsində Prezident və birinci xanım “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şərait, eyni zamanda 1268 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli körpələr evi-uşaq bağçasında, 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar. Dövlət başçısı, həmçinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak edib.

Ağdam rayonunda ən müasir standartlara cavab verən hotellərin inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.

Dövlət başçısı və birinci xanımaAğdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.

İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək. Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib. Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir.

Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəbi bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.

Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.

Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Prezident və birinci xanım həmçinin Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar. 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.

Göründüyü kimi, Ağdamda tikinti-quruculuq işləri sürətlə gedir və görülən işlərin miqyası böyükdür. İllərdir vətən həsrəti çəkən insanların doğma yurda qayıdacaqları günə də az qalıb.

Məlumata görə, ilk mərhələdə Ağdama 10 min nəfərin köçü baş tuta bilər. Ümumiyyətlə, 2026-cı ilin sonunadək Ağdam şəhərinə 20 min keçmiş məcburi köçkünün qayıdışı planlaşdırılır.

Prezident İlham Əliyev bildirib ki, ikinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi:

“İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq”.

Millət vəkili Vüqar Rəhimzadə deyir ki, bu gün işğaldan azad olunan ərazilərin müasir dövrün tələbləri əsasında yenidən qurulması və bərpası üçün bütün zəruri addımlar atılır:


"Ən əsası azad Qarabağda və Şərqi Zəngəzurda yeni idarəçilik sistemi tətbiq edilir. Bu ərazilərdə Prezidentin şəxsi nümayəndəsinin təyin edilməsi işlərin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Həmçinin şəhər və kəndlər Baş plan əsasında bərpa edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlu icrası şəhər və kəndlərimizin müasir simasında özünün aydın ifadəsini tapır. Ağdam şəhəri ilk “ağıllı şəhər” olacaq. Azərbaycan bu ərazilərdə görülən işlərin fonunda dünyaya müasir şəhərsalmanın təkmil modelini təqdim edir”.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Ağdam şəhərinin bərpası üçün çox böyük işlər görülüb. Yaşayış evləri tikilib, məktəb, uşaq bağçası eyni zamanda sosial obyeklər inşa edilir. Ağdam Azərbaycanın musiqi, muğam akademiyası olduğuna görə burada böyük bir Muğam Mərkəzi də inşa edilir. Görülən işlər demək olar ki, tamamlanmaq üzrədir. Bunun özü göstərir ki, işğaldan azad olunan Ağdam yenidən özünün əzəmətli görkəmini əldə edir və ağdamlıların geri qayıdacağı gün elə də uzaqda deyil:


“Prezident keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna qayıtmasının dövlətin əsas prioritet məsələlərindən biri hesab edir”.

Politoloq Oqtay Qasımov bildirib ki, Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək. Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması isə işğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturunun yaradılması deməkdir:


“Prezident ərazilər işğaldan azad olunandan sonra bölgəyə çoxsaylı səfərlər edib. Hər səfərində də orada yeni yaşayış massivlərinin təməli qoyulub, açılışı edilib. İş yerlərinin açılışı, infrastruktur layihələrinin həyata keçirilməsi prosesini yerində izləyib və onların ya təməlini qoyub, ya da işlərin gedişatı ilə birbaşa maraqlanıb. Yaxud da, səfərlərdə görülmüş işlərin və təhvil verilmiş obyektlərin açılışında iştirak edib. Bu baxımdan Prezidentin səfəri önəmli səfərdir".


Sevinc,

BakuPost

QEYD:Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" mövzusunda hazırlanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:449
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 Fevral 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri