Icma.az
close
up
RU
Tarixin “ağıllı şəhər” mo

Tarixin “ağıllı şəhər” mo

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şəki “təbii yollarla qurulmuş ağıllı şəhər” modelinin ən gözəl nümunələrindən biridir. Bu şəhər texnologiyanın deyil, təbiətə uyğun düşünülmüş memarlığın və insan təcrübəsinin məhsuludur.

XVIII əsrdə orta əsr şəhərsalma ənənələrnə uyğun qurulmuş bu şəhər əsrlər boyu müxtəlif təsirlərə məruz qalmasına rəğmən öz ruhunu itirməmişdir. Xanlıq dövrünün hökmranlığı, İpək Yolunun əzəməti hələ də bu şəhərdə yaşayır. Bu gün müasir texnologiyalarla qurulmuş ağıllı şəhərlərdən danışarkən biz heç tərəddüd etmədən Şəkinin təbii yollarla qurulmuş ağıllı şəhər olduğunu deyə bilirik.

Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki özünəməxsus memarlıq üslubu, şəhərsalma prinsipləri və təbiətlə harmoniyası ilə diqqət çəkir. Şəki tarixi inkişaf prosesində texnoloji müdaxilə olmadan, sistemli şəkildə formalaşmış, ağıllı şəkildə qurulmuşdur. Şəki təbii yollarla qurulmuş ağıllı şəhər, texnologiyanın minimum, təbiətin və insan təcrübəsinin maksimum istifadə olunduğu, öz-özünü “ağıllı” şəkildə tənzimləyən şəhər modelidir. Burada idarəedici kompüterlər yox, memarlıq, iqlimə uyğunlaşma və həyat tərzidir. Şəkini fərqləndirən əsas xüsusiyyətlər iqlimə uyğun memarlıq, öz-özünü tənzimləyən mühit və yerli materiallardan istifadədir. Bu xüsusiyyətlər birlikdə şəhərin davamlı və rahat olmasını təmin edir. Şəki memarlığı paralel olaraq həm insan, həm də ətraf mühit mərkəzli qurulmuşdur.

Müasir dünyada “insan mərkəzli memarlıq” dedikdə insan ehtiyaclarını, davranışlarını, sağlamlığını və rifahını sırf estetik və ya standartlaşdırılmış tendensiyalardan üstün tutan dizayn yanaşması nəzərdə tutulur. Bu yanaşma müasir urbanistikada yeni trend hesab olunsa da, Şəkidə hələ XVIII əsrdə tətbiq olunub.

Belə ki, Şəkidə hər məhəllədən əsas küçəyə çıxan qısa piyada yollarının olması insanların rahatlığını və əlçatanlığı təmin edən əsas amillərdəndir. Şəkinin, demək olar ki, hər məhəlləsinin öz məscidi, öz hamamı olub ki, bu da sənətkarlıq və ya ticarətlə məşğul olan şəxslərin öz məhəllələrindən uzaqlaşmadan qüsul almasına, ibadət etməsinə şərait yaradıb. Eyni zamanda, şəhərdə olan çoxsaylı məscidlər, karvansaralar, bazarlar və hamamlar kimi ictimai məkanlar sosial münasibətləri gücləndirib, həyat keyfiyyətini artırıb.

Şəkidə evlər insanların məşğuliyyətinə uyğun şəkildə inşa olunub. Belə ki, bir çox evlərin birinci mərtəbəsi ya istehsal, ya da satış məqsədli, ikinci mərtəbəsi isə yaşayış üçün tikilib. Nəticədə, evlərin həm eksteryer, həm də interyer planlamasında mərtəbələr arasında fərqlilik meydana çıxıb. Çox vaxt birinci mərtəbəsi geniş qapı və pəncərə açırımlı evlərin ikinci mərtəbəsi dekorativ fasad tərtibatı, küçəyə baxan eyvanları, pəncərə quruluşları ilə fərqlənib.

Şəki, eyni zamanda, ətraf mühit mərkəzli dizayn olunub. Ətraf mühit mərkəzli dizayn binanın və ya şəhər mühitinin layihələndirilməsində əsas diqqətin təbiətin qorunmasına, resursların səmərəli istifadəsinə və ekoloji tarazlığın saxlanmasına yönəldildiyi yanaşmadır. Şəkidə evlər, körpülər, karvansara və hamamlar insan üçün yaradılıb, ancaq bu memarlıq abidləri yaradılarkən təbiətə zərər verilməyib. Şəki şəhəri iqlimə və relyefə uyğun planlaşdırılıb. Burada memarlıq təbiətə uyğunlaşdırılıb: binalar dağ yamacına uyğun tikilib, buna görə də bir çox tikililər şimaldan bir, cənubdan iki və ya üç mərtəbəlidir. Bu şəhərdə istifadə olunan materiallar yayda sərin, qışda isə isti mühit yaradır.

Müasir ağıllı şəhərlərdə yaşıl enerji, ağıllı evlər, enerjiyə qənaət kimi prinsiplərdən söhbət açılır. Təbii yollarla qurulmuş ağıllı şəhər olan Şəki şəhərinin də memarlığında belə nüanslar nəzərə alınıb. Belə ki, memarlıq elementlərinin düzgün yerləşməsi və iqlimə uyğun planlama ilə Şəki evlərində təbii havalandırma təmin olunur. Təbii havalandırma sistemi, xüsusilə buxarılar vasitəsilə hava dövranının təmin edilməsi insan rahatlığını təmin etməklə yanaşı, enerji sərfiyyatını da azaldır. Eyni zamanda, daş və kərpiclə tikilmiş divarların qalınlığı qışda otaqları soyumaqdan, yayda isə həddindən artıq isinməkdən qoruyur. Evlərin damının ekoloji təmiz kirəmitlə örtülü olması ətraf mühitin çirklənməsinin qarşısını alır.

Şəhərin planlanmasında təbiətlə uyğunlaşma əsas prinsip kimi çıxış edir. Küçələrin relyefə uyğun formalaşması, ağacların yaratdığı kölgə süni soyutmaya ehtiyacı azaldır, dar küçələr isə yay aylarında sərinlik təmin edir. Yağış sularının təbii şəkildə axıdılması şəhərin ekoloji balansını qoruyur. Şəkinin təbii yolla qurulması, təbiətlə harmoniyada olması paralel olaraq öz-özünü tənzimləyən mühit yaradıb. Şəkinin divarlarla əhatələnmiş bağçalı həyət evləri özünəməxsus mikroiqlimə sahibdir. Beləliklə, şəhər süni müdaxilə olmadan öz iqlimini tənzimləyə bilir.

Bu gün Şəki həm də dayanıqlı şəhər modeli kimi diqqət çəkir. Tarixi irsini qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf etməyə çalışır. “Açıq səma altında muzey” kimi tanınan şəhər yalnız tarixi abidələr toplusu deyil, eyni zamanda, yaşayan və inkişaf edən bir mühitdir. Məhz bu xüsusiyyətlərinə görə Şəki beynəlxalq səviyyədə də tanınır. Şəhər müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini və ənənəvi yaşayış formasını qoruduğu üçün dünya irsi kimi qiymətləndirilir.

Nəticə etibarilə, Şəki texnologiya ilə deyil, insan zəkası və təbiətlə harmoniyanın nəticəsi kimi formalaşmış unikal şəhər modelidir. Bu şəhərin təcrübəsi göstərir ki, davamlı və ağıllı şəhər quruculuğu üçün bəzən ən yaxşı həll yolları məhz keçmişin uğurlu nümunələrində gizlidir. Şəki təbiətlə harmoniyada qurulmuş nadir şəhərdir. Bu şəhər bizə göstərir ki, gələcəyin şəhərlərini qurmaq üçün keçmişin təcrübəsini və müasir tendensiyaları birlikdə istifadə etməliyik.

Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 May 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see274

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see270

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see248

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see237

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see231

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see218

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see213

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see169

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see158

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see155

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri