Icma.az
close
up
RU
Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?

Azərbaycanın ilk ali təhsilli memarı niyə intihar etmişdi?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Zivər bəy Əhmədbəyov 1873-cü il Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda alıb. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirib. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyası İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyib. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.

O, yalnız ilk azərbaycanlı baş memar deyil, həm də ilk ali təhsilli azərbaycanlı memar olub və Avropa ənənələri əsasında təhsil alıb. Onun gördüyü işlər barədə internetdə və mediada kifayət qədər yazılar var. Mən bu böyük şəxsiyyəti intihara aparan səbəblər barədə yazmaq istəyirəm.

Onun barəsində bir fakt yazacam ki, Zivər bəyin necə bir şəxsiyyət olmasını görə biləsiniz. O, xeyriyyəçilərin tikdirdiyi məscidlər, xəstəxanalar və məktəblər layihələndirərkən qətiyyən pul almırdı. O deyirdi: "Millətimin savadlanması və ibadəti üçün tikilən binadan qazanc götürmək mənə haramdır".

Cümhuriyyət dövründə milli hökumətlə sıx əməkdaşlıq etdiyi üçün Sovet rejimi ona şübhə ilə yanaşırdı. O, dəfələrlə bolşeviklər tərəfindən saxlanılaraq ağır və fasiləsiz istintaqlara məruz qalmışdı. Müstəntiqlər ondan Cümhuriyyət liderləri ilə əlaqələri, həmçinin xaricə mühacirət edən ziyalılarla gizli yazışmaları barədə etiraflar tələb edirdilər.

O, işindən uzaqlaşdırılmışdı. Təzəpir məscidi, Göy məscid və s. layihələrin müəllifii olan böyük bir sənətkarın tamamilə işsiz və gəlirsiz qoyulması ona ağır mənəvi zərbə vurmuşdu. Eyni zamanda, gənc yaşlarından müxtəlif ölkələrdən gətirdiyi nadir kitablar, qədim xalçalar, unikal rəsmlər və tarixi əşyalardan ibarət zəngin bir kolleksiyası bolşeviklərin nəzarətində idi. Ona görə də gizlincə onların bir hissəsini yanında işləmiş fəhlənin adına keşirdi ki, rus və ermənilər onu mənimsəyə bilməsinlər.

Ona məlumat vermişdilər ki, gəlib onların hamısını aparacaqlar. Buna görə də Zivər bəy heç yerdə nümayiş etdirmədiyi unikal şəhərsalma layihələrini, eskizlərini və çertyojlarını öz əlləri ilə yandırmışdı.

1925-ci ilə doğru bolşevik-sovet repressiyası artıq Cümhuriyyət dövrünün bütün ziyalılarını hədəfə almışdı. Belə gərgin və təhlükəli zamanda Zivər bəyin qarşısında iki yol var idi: ya xaricə qaçmaq, ya da vətəndə qalıb həbs olunacağı günü gözləmək.

O, qürbətdə yaşamağı özünə sığışdırmadı. Vətənini tərk etmək istəməyən dahi memar sovet həbsxanalarında, NKVD zirzəmilərində alçaldılmaqdansa, şərəfli ölümü seçdi.

52 yaşlı memar Çəmbərəkənddəki evində özünü güllələyərək (bəzi arxiv sənədlərinə görə damarlarını kəsərək) həyatına son qoydu. Onun bu addımı sovet rejiminə, şəhərdə baş alıb gedən erməni-bolşevik özbaşınalığına qarşı səssiz etirazı idi.

Zivər bəy intihar etməzdən əvvəl demişdi (yazmışdı): “Nə qədər ki Bakıda Bağdasarovlar və Roxlinlər var, bu millətə xoş gün yoxdur”.

1925-ci ildə o, intihar edərkən sovet mətbuatı və rəsmi orqanlar onun ölüm səbəbini xəstəlik kimi qələmə verməyə çalışdılar. Ailəsinə qarşı təzyiqlər edilirdi ki, intihar barədə bir kəlmə də söz deməsinlər. Uzun illər hər kəs elə bilirdi ki, Zivər bəy xəstəlikdən ölüb. Zivər bəyin cənazəsi çox məhdud sayda insanın və ailəsinin iştirakı ilə, faktiki olaraq gizli polisin nəzarəti altında sakitcə torpağa tapşırıldı.

Onun dəfn olunduğu köhnə Çəmbərəkənd qəbiristanlığı sonradan sovetlər tərəfindən sökülüb parka çevrildiyi üçün böyük memarın dəqiq məzar yeri bu günə qədər naməlum olaraq qalır.

1925-ci ilin mayında Məhəmməd Əmin Rəsulzadə sovetlərə müraciət edərək yazırdı:

“Sevinin ki, daha bir müsəlman ziyalı sıradan çıxdı...”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Sentyabr 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri