Icma.az
close
up
RU
Azərbaycanın ilk ali təhsilli rəssamı Bəhruz Kəngərlidir AZƏRTAC

Azərbaycanın ilk ali təhsilli rəssamı Bəhruz Kəngərlidir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bu gün Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən Bəhruz Kəngərlinin doğum günüdür

Bakı, 22 yanvar, AZƏRTAC

Qədim sivilizasiyanın mərkəzi, Nuh yurdu Naxçıvan zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir.

AZƏRTAC xəbər verir ki, yanvarın 22-də Bəhruz Kəngərlinin anadan olmasının 133-cü ildönümü tamam olur.

Naxçıvanın ilk teatr rəssamı

Bəhruz Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda dünyaya göz açıb. Qısa ömrü ərzində rəssam çox ilklərə imza atıb. Görkəmli fırça ustası Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. Həm də Azərbaycanın ilk ali təhsilli rəssamı kimi də adı tarixdə qalıb.

Rəssamlıq istedadını onda atası aşkarlayıb. Oğlunun rəsm sənətinə marağını və qabiliyyətini görən Şirəli bəy onu Tiflisdəki boyakarlıq-heykəltəraşlıq məktəbinə gətirib. Bəhruz bu təhsil ocağında oxuyan ilk azərbaycanlı tələbə idi. Məktəbdə dərs aldığı illərdə istedadı ilə hər kəsi təəccübləndirməyi bacaran Bəhruz Kəngərlinin püxtələşməsində böyük ədibimiz Cəlil Məmmədquluzadə və onun “Molla Nəsrəddin” jurnalının böyük rolu olub. 1914-cü ilin iyununda rəssamın Naxçıvandakı ilk sərgisi böyük ədibi heyran edir. Çünki rəssam əsərlərində Vətəninin gözəl mənzərələrini, xalqının həyatından alınmış səhnələri sadə, təbii, tamaşaçıların başa düşəcəyi real tərzdə, həm də böyük məhəbbətlə əks etdirmişdi.

Qısa ömrə sığmayan yaradıcılıq nümunələri

Cəmi 30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib. Uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamın sənətə olan sonsuz sevgisini qətiyyən azaltmayıb, həyat eşqinin alovlanmasına əngəl ola bilməyib. 30 illik qısa, lakin olduqca mənalı ömründə yaratdığı 2000-ə yaxın təkrarsız əsərləri ilə adını mədəniyyət tariximizə həkk etdirib. 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsini fırça ilə ağ kətanın üzərinə köçürən rəssam bizə böyük irs qoyub.

Bəhruz Kəngərli həm də tablolarında tariximizi yaşadıb. Onun qaçqınlara həsr etdiyi 30-dan çox portreti var ki, bunlar təkcə təsviri-incəsənət tarixi üçün deyil, eyni zamanda, həmin portretlərdə o vaxtlar baş verən siyasi hadisələrin, erməni təcavüzkarlığının, doğma torpaqlarından didərgin salınmış azərbaycanlıların obrazlarını və bütövlükdə bütün bu proseslərin izlərini görə bilirik. Bu silsilədən olan “Qaçqınlar”, “Qaçqın qız”, “Qaçqın oğlan”, “Qaçqın qadın”, “Yurdsuz ailə”, “Ayaqyalın qaçqın oğlan” və digər onlarla qaçqının portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Bu baxımdan rəssamın sənət ideyaları bir maarifpərvər, vətənpərvər ziyalı uzaqgörənliyi kimi çox qiymətlidir.

Bir faktı da qeyd etmək yerinə düşər ki, həmin əsərlərdən rəssam gəlir əldə etməyib. Bəhruz Kəngərli fırçasını silaha çevirərək tarixi ədalətsizliyə qarşı üsyan edib.

Ulu Öndər Heydər Əliyev Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini belə qiymətləndirib: “Onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən, o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.

Azərbaycan boyakarlığında realizmin əsasını qoyan fırça ustası

Qədim Naxçıvan torpağı Bəhruz Kəngərli üçün ilham mənbəyi olub. Doğma Naxçıvan onun yaradıcılığında qırmızı xətlə keçib. Bu qədim diyarın ecazkar və füsunkar təbiətini, sərt, sıldırım dağlarla əhatə olunmuş əfsanəvi gözəllikləri, qədim tarixi, məişəti, milli dəyərləri rənglərin əsrarəngiz koloriti, istedadlı rəssam təxəyyülü ilə Bəhruz Kəngərli yaradıcılığında bu gün də yaşayır, yurd sevgisindən, vətənpərvərlikdən yoğurulan bu əsərlər bu gün də heyranlıq doğurur. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhvali-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır. O günlər yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sonsuz məhəbbətindən doğur.

Vaxtilə sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub. Nuh Peyğəmbərin məzarının yeri də qüdrətli fırça ustasının yaratdığı tablolar əsasında müəyyən edilərək məzarüstü türbə bərpa edilib. Nuhun türbəsinin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir.

Bəhruz Kəngərli yorulmadan çalışıb, boyakarlıq və qrafika əsərləri yaradıb, rəssamlıq sənətini gənclərə öyrətmək, bu sənəti sevdirmək üçün xüsusi dərnək açıb, fərdi sərgilərini təşkil edib. 1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutub. Onun müşahidə etdiyi və rəssamı ilhama gətirən təbiət gözəllikləri “Şəlalə”, “Dağlıq mənzərə”, “İlanlı dağ ay işığında”, “Günəş batarkən”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Yamxana kəndinə gedən yol” və digər əsərlərində, mədəniyyət abidələri isə “Möminə Xatun türbəsi”, “Əshabi-kəhf dağı”, “Nuhun qəbri” əsərlərində əks edilib. İlin fəsillərinə aid tablolarından “Payız” və “Bahar”ı göstərmək olar.

Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərləri onun ev-muzeyi ilə yanaşı, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində qiymətli eksponatlar kimi qorunub saxlanılır.

Yaradıcılığı və şəxsiyyəti hər zaman böyük ehtiramla anılan rəssam

Ölkəmizdə, eləcə də rəssamın doğulub boya-başa çatdığı Naxçıvanda daim diqqətdə saxlanılan Bəhruz Kəngərli irsinə hər zaman qayğı göstərilib. Belə ki, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılıb. Rəssamın anadan olmasının 110, 120 və 130 illiyi təntənəli şəkildə silsilə tədbirlərlə qeyd olunub. Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda 1250-dən çox eksponat vardır ki, bunlardan 388-i ekspozisiyada sərgilənir. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək bu mədəniyyət müəssisəsinə təqdim edilib. 2016-cı ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

Bütün bunlar bir daha göstərir ki, ölməz sənətkarımız Bəhruz Kəngərli yaradıcılığı və şəxsiyyəti xalqımızın mədəni sərvəti kimi hər zaman böyük ehtiramla anılacaq, yaradıcılığı bundan sonra da geniş şəkildə tədqiq və təbliğ olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:368
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri