Azərbaycanın ilk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev vəfat edib
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müstəqil Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib.
BAKU.WS-in məlumatına görə, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub.
O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasında xüsusi xidmətləri olan hərbçilərdən biri kimi tanınırdı.
İsgəndər Allahverdiyev 1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə general-mayor ali hərbi rütbəsinə layiq görülüb.
Həmin ildən Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və Azərbaycan Sərhəd Qoşunlarının ilk komandanı kimi fəaliyyət göstərib. O, 1992–1994-cü illərdə bu vəzifədə Azərbaycan sərhəd xidmətinin təşəkkülü prosesində iştirak edib.
General-mayor İsgəndər Allahverdiyevin vəfatı ilə bağlı yaxınlarına, doğmalarına və hərbçi yoldaşlarına dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Sentyabr 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















