Icma.az
close
up
RU
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur

Azertag saytına istinadən Icma.az xəbər verir.

İstanbul, 14 may, AZƏRTAC

İstanbulda açılan “ARTcontact” VI Beynəlxalq Çağdaş Sənət Sərgisində azərbaycanlı rəssam və heykəltaraşlarının əsərləri sərgilənir.

AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizdən Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) rəngkarlıq kafedrasının müdiri, dosent Ramil Məmmədov, akademiyanın nəzdində Rəssamlıq Kollecinin direktoru Elşad Əhmədov, AzRA-nın müəllimləri, dosent Bəxtiyar Yusufov, heykəltaraşlar baş müəllim Rahib Qarayev, Jalə Əliyeva, heykəltəraş Namiq Hüseynov, rəssamlar Nəzrin Xələfova və Fəxriyə Əliyeva, keramist-rəssam Fidan Həmidzadənin əsərləri nümayiş olunur. Bundan əlavə builki “ARTcontact”da Hollandiyada yaşayan azərbaycanlı rəssamlar, SintLucas İncəsənət İnstitutunun müəllimi Rasim Hüseynov və Vəfa Rüstəmova, həmçinin Türkiyədə yaşayan həmyerlimiz bərpaçı-rəssam Vaqif Zeyidin də əsərləri yer alır.

Tədbirdə azərbaycanlı sənət adamlarının ümumilikdə 19 heykəltəraşlıq, 87 rəngkarlıq və akvarel işi, eləcə də 50 yaxın keramik əsərlər nümayiş olunur.

Bununla bağlı AZƏRTAC-a məlumat verən Namiq Hüseynov hazırda fəaliyyətini Azərbaycan Memarlıq və İnşaat Universitetinin təsviri İncəsənət kafedrasının müəllimi olaraq davam etdirdiyini deyib: “Sərgiyə “Qarabağ atı”, “Qədim Bakı” və “Bakı nağılı” mövzusunda üç əsərim təqdim edilib. Hər il Azərbaycan rəssamlıq sənətini təmsil edərək bu sərgiyə qatılırıq. Əsas məqsədimiz incəsənətimizin daha geniş auditoriya çatdırılmasıdır”.

Hollandiyadan tədbirə qatılan rəssamımız Rasim Hüseynov isə açıqlamasında artıq 26 ildir bu ölkədə yaşadığını və fəaliyyətini orada davam etdirdiyini deyib: “Bu 26 il ərzində yüzdən artıq sərgim açılıb. İstanbuldakı sərgidə “Ana” mövzusunda Azərbaycan miniatür sənətini təmsil edən əsərlərim nümayiş olunur. Mövzu Qarabağın çətin dövrünə həsr edilib”.

Qeyd edək ki, “ARTcontact İstanbul” şəhərin ən böyük beynəlxalq tədbirlərindən biri olmaq xüsusiyyətini daşıyır. Hər il geniş iştirakçı kütləsinə ev sahibliyi edən tədbir dünyanın müxtəlif bölgələrindən gələn sənətçilərə yeni bazar imkanları təqdim etməklə yanaşı, onların beynəlxalq əlaqələr qurmasına və sənət dünyasında daha görünən olmasına şərait yaradır. Müasir incəsənətin müxtəlif sahələrinə aid əsərlərin nümayiş olunduğu sərgidə, həmçinin panel müzakirələri, ustad dərsləri və xüsusi tədbirlər də təşkil edilir. Builki tədbirdə dünyanın 40 ölkəsindən mindən artıq sənətçinin müxtəlif mövzu və üslublarda hazırlanan əsərləri sərgilənir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri