Azərbaycanın turizm potensialı İstanbulda nümayiş etdirilib
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi 10-11 sentyabr tarixlərində İstanbulda keçirilən “GlobeMeets B2B Networking Event 2026” tədbirində tərəfdaş ölkə qismində Azərbaycanı təmsil edib.
XQ-ya bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Tədbirdə Azərbaycanın mədəniyyət, qastronomiya, lüks səyahət, təbiət, sağlamlıq, işgüzar turizm (MICE) imkanları və qonaqpərvərlik ənənələri Türkiyədən və dünyanın müxtəlif ölkələrindən olan turizm sənayesi nümayəndələrinə təqdim olunub.
İstanbuldan olan mindən çox səyahət agentliyi, həmçinin 20 ölkədən 250 beynəlxalq alıcının iştirakı ilə işgüzar görüşlər və şəbəkələşmə sessiyaları keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulu Zamin Əliyev iştirak edib. O, çıxışında Azərbaycan və Türkiyə arasında mədəniyyət və turizm sahələrində əlaqələrə toxunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 11 Sentyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















