Icma.az
close
up
RU
Azərbaycanın indiyə qədər Ukraynaya ayırdığı yardımın məbləği açıqlanıb

Azərbaycanın indiyə qədər Ukraynaya ayırdığı yardımın məbləği açıqlanıb

Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.

Cari ildə Ukraynaya humanitar yardım göstərilməsi davam etdirilib, indiyə qədər verilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımların ümumi məbləği 70 milyon manata (təxminən 40 milyon ABŞ dollarından artıq) çatıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Bildirilib ki, Azərbaycan 2024-cü ildə Bosniya və Herseqovina, Çili, Kolumbiya, Kuba, Qrenada, Sent Vinsent və Qrenadin, Antiqua və Barbuda, Vyetnam, Yəmən, İordaniya, Əlcəzair, Argentina, Braziliya, Albaniya, Zimbabve, Tacikistan, Qambiya və Uqandaya yardımlar edib.

Bu il ərzində Azərbaycan qlobal miqyasda yardım və humanitar dəstək fəaliyyətini aktiv şəkildə davam etdirib:

“Xarici dövlət və beynəlxalq təşkilatların yardım müraciətlərinə baxılıb, Azərbaycanın digər dövlət qurumları ilə əlaqələndirilərək müvafiq yardımların çatdırılması təşkil edilib. 2024-cü ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş İƏT, QH və SIDS qrupuna daxil olan dövlətlərin, eləcə də xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşları üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramına əcnəbi tələbələrin ilk qəbulu prosesi həyata keçirilib və 2024/25-ci tədris ili üzrə 35 ölkədən 100 tələbəyə ölkəmizdə təhsil almaq imkanı yaradılıb”.

Ən sərfəli kredit üçün müraciət et

Diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fonduna, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Qızıl Xaç Komitəsinə, həmçinin ICESCO-ya, İƏT-ə və BMT-nin Cenevrə bölməsinin Kitabxanası və Arxivinə maliyyə töhfələri verilib. Azərbaycanın COP29-a sədrliyi çərçivəsində İEOÖ və SIDS ölkələrinə dəstək göstərilib, 27-30 may tarixlərində Antiqua və Barbudada BMT-nin SIDS üzrə 4-cü Beynəlxalq Konfransının keçirilməsi, eləcə də 26-28 avqust tarixlərində Malavidə LDC qrupunun iqlim dəyişmələri üzrə strategiya və nazirlər iclasının təşkili üçün maliyyə yardımları təmin edilib.

“SIDS-də iqlim fəaliyyəti ilə bağlı həyata keçiriləcək layihələrin dəstəklənməsi üçün 27 avqust tarixində Tonqada Azərbaycan ilə BMT arasında 5 illik müddət ərzində 10 milyon ABŞ dolları həcmində yardımı nəzərdə tutan Birgə Bəyannamə imzalanıb. Cari ildə Afrika İttifaqı ölkələri üçün Afrika Qitəsi Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi mövzusunda təlimin təşkili üçün dəstək göstərilib. İslam İnkişaf Bankı (İİB) və digər tərəfdaşlarla birgə Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” (AFAB) kampaniyasının dəstəklənməsi davam etdirilib. Türkiyədə keçən il baş vermiş dağıdıcı zəlzələ bölgəsində bərpa və quruculuq işlərinə töhfə məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə müvafiq maliyyə yardımı ayrılıb”, – məlumatda qeyd edilib.

report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://banco.az
archiveBu xəbər 28 Dekabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri