Icma.az
close
up
RU
Azərbaycanın İrandakı səfirliyində Zəfər Günü qeyd olunub

Azərbaycanın İrandakı səfirliyində Zəfər Günü qeyd olunub

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Səfirlikdən AzVision.az -a verilən məlumata görə, tədbirdə İran Silahlı Qüvvələrinin nümayəndələri və Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin anılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlanan Zəfər Günündə ordumuzun şanlı qələbəsini və ölkəmizin nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib. Həmçinin vurğulayıb ki, 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror tədbirləri ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub.
Hərbi attaşe həmçinin, Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissənin də işğaldan azad olunmasının 4-cü ilinin tamam olduğunu diqqətə çatdırmış və Azərbaycan Prezidentinin bu münasibətlə dediyi tarixi sözlərini xatırlatmış, bu hadisənin ölkələrimiz arasında xüsusi önəmini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinin yaratdığı yeni reallıqların regionda davamlı sülhün təmin olunmasına xidmət etdiyi vurğulanıb. Azərbaycan Silahlı Qüvvələri zəngin döyüş təcrübəsi, yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində mətinliklə durmağa qadirdir və daim hazırdır.
İran Ordusunun Xarici Əlaqələr və Protokol İdarəsinin rəisi, polkovnik Səməd Vəfai də çıxış edərək şəhidlərin xatirəsini hörmətlə yad edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi günü, 8 Noyabr - Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb. O, həmçinin Azərbaycanın sülhdə maraqlı olduğunu qeyd edərək, İranın daim Azərbaycanın ərazi bölüvlüyünü və Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəklədiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ermənistanın təcavüz və işğalından əziyyət çəkmiş Azərbaycanın şanlı qələbəsinin beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi olduğunu bildirib. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlarının və 2020-ci ilin sentyabr ayında başlatdığı irimiqyaslı hərbi hücumun müharibəni qaçılmaz etdiyini diqqətə çatdıran səfir, Müzəffər Ali Baş Komandanın qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm birliyi, şəhidlərimizin fədakarlığı, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edildiyini qeyd edib.
Azərbaycanın, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı göstərdiyi səylərindən, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərindən, yatırılan investisiyalardan söhbət açan səfir, bunun Azərbaycanın sülh niyyətlərinin və məqsədlərinin bariz nümünəsi olduğunu və Ermənistanın da sülh niyyəti göstərərək konstitusiyasına düzəlişlər etməsi, Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq əl çəkməsi gərəkdiyini bildirib.
Səfir Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin yeni ünvanda bərpa edilməsindən sonra ilk olaraq Zəfər Gününün bu binada qeyd edilməsinin də əlamətdar olduğunu vurğulayıb, Azərbaycanın dost və qardaş İranla əlaqələrə verdiyi önəmdən, hazırda ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın uğurla inkişafından söhbət açıb, İranın Azərbaycanın ədalətli mövqeyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.
Əli Əlizadə qəhrəmanlıqları əbədi olaraq xatırlanacaq şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək tarixi qələbəmiz - Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edib.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri