Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

İrandakı səfirliyimizdə Zəfər Günü qeyd olundu FOTOLAR

İrandakı səfirliyimizdə Zəfər Günü qeyd olundu FOTOLAR

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın İrandakı səfirliyində Zəfər Günü qeyd olunub.

Səfirlikdən Globalinfo.az-a verilən məlumata görə, tədbirdə İran Silahlı Qüvvələrinin nümayəndələri və Tehranda yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin anılması və dövlət himnlərinin səsləndirilməsi ilə başlanan Zəfər Günündə ordumuzun şanlı qələbəsini və ölkəmizin nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Silahlı Qüvvələrinin İrandakı hərbi attaşesi polkovnik Elvin Qasımov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıq, xüsusilə Şuşa əməliyyatı haqqında iştirakçılara məlumat verib. Həmçinin vurğulayıb ki, 2023-cü ilin sentyabr ayında keçirilən bir günlük antiterror tədbirləri ilə Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulub.

Hərbi attaşe həmçinin, Azərbaycan-İran dövlət sərhədinin 132 km-lik hissənin də işğaldan azad olunmasının 4-cü ilinin tamam olduğunu diqqətə çatdırmış və Azərbaycan Prezidentinin bu münasibətlə dediyi tarixi sözlərini xatırlatmış, bu hadisənin ölkələrimiz arasında xüsusi önəmini qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrinin qələbəsinin yaratdığı yeni reallıqların regionda davamlı sülhün təmin olunmasına xidmət etdiyi vurğulanıb. Azərbaycan Silahlı Qüvvələri zəngin döyüş təcrübəsi, yüksək səviyyəli idarəetmə, yeni xüsusi təyinatlı hissələr, həmçinin müasir silah sistemləri ilə regionda özünün yaratdığı sülhün, sabitliyin keşiyində mətinliklə durmağa qadirdir və daim hazırdır.

İran Ordusunun Xarici Əlaqələr və Protokol İdarəsinin rəisi, polkovnik Səməd Vəfai də çıxış edərək şəhidlərin xatirəsini hörmətlə yad edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi günü, 8 Noyabr – Zəfər Günü ilə bağlı təbriklərini çatdırıb. O, həmçinin Azərbaycanın sülhdə maraqlı olduğunu qeyd edərək, İranın daim Azərbaycanın ərazi bölüvlüyünü və Azərbaycan-Ermənistan arasında sülh prosesini dəstəklədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Ermənistanın təcavüz və işğalından əziyyət çəkmiş Azərbaycanın şanlı qələbəsinin beynəlxalq hüququn bərpası və ədalətin təntənəsi olduğunu bildirib. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlarının və 2020-ci ilin sentyabr ayında başlatdığı irimiqyaslı hərbi hücumun müharibəni qaçılmaz etdiyini diqqətə çatdıran səfir, Müzəffər Ali Baş Komandanın qətiyyətli və müdrik rəhbərliyi, xalqımızın möhkəm birliyi, şəhidlərimizin fədakarlığı, hərbçilərimizin peşəkarlığı və qəhrəmanlığı ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edildiyini qeyd edib.

Azərbaycanın, Ermənistanla münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması ilə bağlı göstərdiyi səylərindən, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirdiyi genişmiqyaslı abadlıq və yenidənqurma işlərindən, yatırılan investisiyalardan söhbət açan səfir, bunun Azərbaycanın sülh niyyətlərinin və məqsədlərinin bariz nümünəsi olduğunu və Ermənistanın da sülh niyyəti göstərərək konstitusiyasına düzəlişlər etməsi, Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq əl çəkməsi gərəkdiyini bildirib.

Səfir Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin yeni ünvanda bərpa edilməsindən sonra ilk olaraq Zəfər Gününün bu binada qeyd edilməsinin də əlamətdar olduğunu vurğulayıb, Azərbaycanın dost və qardaş İranla əlaqələrə verdiyi önəmdən, hazırda ikitərəfli əlaqələrin və qarşılıqlı əməkdaşlığın uğurla inkişafından söhbət açıb, İranın Azərbaycanın ədalətli mövqeyinə və ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib.

Əli Əlizadə qəhrəmanlıqları əbədi olaraq xatırlanacaq şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək tarixi qələbəmiz – Zəfər Günü münasibətilə, eləcə də 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə həmvətənlərimizi təbrik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri