Icma.az
close
up
RU
Azərbaycanın kredit reytinqi yüksəlir

Azərbaycanın kredit reytinqi yüksəlir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Moody’s”in qiymətləndirməsi irəliləyişi göstərir

Aparıcı beynəlxalq reytinq agentliklərindən biri olan “Moody’s Ratings” Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3”ə yüksəldib, reytinq üzrə proqnozu isə “müsbət” olaraq saxlayıb. Bu qərar son illər respublika iqtisadiyyatında həyata keçirilən islahatların beynəlxalq aləmdə yüksək dəyərləndirildiyini bir daha təsdiqləyir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı bildirib ki, Azərbaycanda iqtisadiyyatın və fiskal siyasətin neft-qaz sektorundan asılılığının azaldılması, pul-kredit siyasətində səmərəliliyin artırılması, maliyyə sektorunun tənzimlənməsi, eləcə də dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində atılan ardıcıl və sistemli addımlar ölkənin iqtisadi idarəetmə keyfiyyətində əhəmiyyətli irəliləyişlərə səbəb olub. Bu layihələrin icrası ilə mövcud makroiqtisadi sabitlik qorunmaqla bərabər, institusional baza daha da möhkəmlənib, dayanıqlı iqtisadi inkişaf modelinə keçid gerçəkləşib.

Pul-kredit siyasətinin optimallaşdırılması inflyasiya gözləntilərinin idarə olunmasına və maliyyə sabitliyinin qorunmasına xidmət edir, fiskal siyasətin neft gəlirlərindən daha az asılı hala gətirilməsi isə büdcə dayanıqlığını artırır. Maliyyə sektorunda qəbul olunan prudensial tənzimləmə (bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsini şərtləndirən normativlərə, qaydalara, tələblərə, eləcə də göstərişlərə əsaslanan davranış, idarəetmə üsulu) və nəzarət mexanizmləri bank sisteminin likvidliyini və riskə davamlılığını yüksəltməklə real sektora dəstəyi gücləndirir. O cümlədən, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, qərar qəbuletmə prosesində açıq informasiya axınının reallaşdırılması və ictimai resursların səmərəli idarə olunması institusional potensialın güclənməsini gerçəkləşdirir. “Moody’s”in reytinq proqnozunda bu amillərin qeyd olunması Azərbaycanın beynəlxalq maliyyə institutları qarşısında artan etibarlılığını və uzunmüddətli iqtisadi perspektivlərinin möhkəmləndiyini nümayiş etdirir.

L.Zeynallının sözlərinə əsasən, logistika, tikinti və turizm sahələrində müşahidə olunan artım ölkənin qeyri-neft sektorunun canlanmasını və diversifikasiyasını stimullaşdırır. Bu sahələr üzrə artım Azərbaycanın tranzit və ticarət mərkəzi kimi mövqeyinin güclənməsi ilə bilavasitə bağlıdır. Xüsusilə Orta Dəhliz üzrə geostrateji mövqeyin möhkəmləndirilməsi Azərbaycanı Şərq və Qərb arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevirərək regional və qlobal inteqrasiyanı sürətləndirir.

Yuxarıda göstərilənlərlə yanaşı, respublikanın bərpa olunan enerji mənbələri sahəsində, xüsusilə, günəş və külək enerjisi potensialının reallaşdırılması istiqamətində atdığı addımlar “yaşıl” iqtisadiyyatın formalaşmasına və dayanıqlı inkişaf hədəflərinə çatmasına xidmət edir. Bu çərçivədə həyata keçirilən “yaşıl” enerji təşəbbüsləri təkcə ekoloji deyil, eyni zamanda, iqtisadi baxımdan da strateji önəm daşıyır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir. Bu bölgələrdə aparılan infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye potensialının yenidən qurulması, eləcə də “yaşıl” enerji zonası kimi formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində əsas prioritetlərdən biridir. Sözügedən regionların iqtisadi fəallığa cəlb olunması yalnız regional deyil, bütövlükdə milli iqtisadi artıma da müsbət təsir göstərir.

Xatırladaq ki, neft-qaz gəlirlərindən səmərəli istifadənin davam etdirilməsi, Dövlət Neft Fondunun maliyyə ehtiyatlarının artırılması və dövlət büdcəsinin bu fonddan olan transferlərə asılılığının azaldılması Azərbaycanın fiskal dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirir. Bu yanaşma həm maliyyə intizamının qorunmasına, həm də gələcək nəsillər üçün strateji ehtiyatların formalaşdırılmasına imkan yaradır.

Artan ehtiyatlar və büdcə strukturunda daha çox qeyri-neft gəlirləri payının çoxalması ölkənin xarici şoklara qarşı davamlığını gücləndirməklə yanaşı, fiskal siyasətdə çevikliyin və uzunmüddətli makroiqtisadi sabitliyin təmin olunmasına xidmət edir. Bu zaman Dövlət Neft Fondunun aktivlərinin effektiv idarə olunması və şəffaflıq prinsiplərinə əsaslanan fiskal çərçivə iqtisadi təhlükəsizlik baxımından mühüm alət kimi çıxış edir.

Neft gəlirlərindən asılılığın azaldılması və bu vəsaitlərin məqsədyönlü istifadəsi nəticəsində yaranan struktur sabitlik, investisiya mühitinin yaxşılaşdırılması və dövlət maliyyəsinin dayanıqlığının gerçəkləşdirilməsi istiqamətində mühüm zəmin yaradır. Bu da beynəlxalq aləmdə Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yüksək dəyərləndirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı bildirir ki, ümumilikdə, Azərbaycan iqtisadiyyatının dayanıqlı və inklüziv inkişafı istiqamətində atılan kompleks islahatlar və strateji layihələr ölkənin beynəlxalq maliyyə bazarlarında nüfuzunun güclənməsinə, makroiqtisadi sabitliyin təmin olunmasına və uzunmüddətli perspektivlərin möhkəmlənməsinə xidmət etməklə bərabər, onun iqtisadi potensialının və idarəetmə keyfiyyətinin beynəlxalq səviyyədə tanınmasının əyani göstəricisidir.

Sonda Maliyyə Nazirliyinin bir məlumatını da xatırlatmaq istərdik. Belə ki, “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi bugünlərdə Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb. Aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan “Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir.

Beynəlxalq reytinq agentliyi qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı getdikcə möhkəmləndirir. Müsbət proqnoz, eləcə də hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlığın gücləndirilməsini şərtləndirir,

“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və “yaşıl” enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Respublikamızın əlverişli coğrafi mövqeyə malik olması və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhlizdə artan fəaliyyəti isə logistika sektorunun inkişafını və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaların cəlbini sürətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see360

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see304

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see267

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see265

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see264

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see260

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see254

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see254

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see248

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see240

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see238

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see221

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see215

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see212

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see211

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see207

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see205

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see199

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see193

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri