Icma.az
close
up
RU
Azərbaycanın İsrail üçün önəmi yüksəlir

Azərbaycanın İsrail üçün önəmi yüksəlir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin bu ölkəyə səfərə dəvət olunması mükəmməl diplomatiyanın göstəricisidir

Azərbaycan–İsrail münasibətləri uzun illərdir ki, səssiz, lakin strateji dərinliyi olan tərəfdaşlıq modeli kimi formalaşıb. Tərəflər arasında əməkdaşlıq praqmatik maraqlar, qarşılıqlı fayda və dəyişən qlobal nizamın diktə etdiyi yeni təhlükəsizlik və texnoloji çağırışlar çevrəsində inkişaf edir. İsrailin Baş naziri Benyamin Netanyahunun Prezident İlham Əliyevi Yerusəlimə dəvət etməsi də məhz bu gerçəyin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Müasir beynəlxalq münasibətlər sistemində yüksək səviyyəli dövlət səfərləri artıq funksional siyasi alətə çevrilib. Qlobal güc balansının sürətlə dəyişdiyi, normativ qaydaların zəiflədiyi və qeyri-müəyyənliyin artdığı bir mühitdə bu cür səfərlər dövlətlərin mövqelərinin dəqiqləşdirilməsi, yeni alyans modellərinin sınaqdan keçirilməsi və strateji niyyətlərin dolayı yolla ötürülməsi vasitəsi kimi çıxış edir. Prezident İlham Əliyevin İsrailə dəvət olunması formalaşmaqda olan yeni geosiyasi konfiqurasiyada Azərbaycanın yerinə dair verilən mesaj kimi oxunmalıdır.

Yaxın Şərq uzun müddət nisbətən sabit təhlükəsizlik doktrinaları üzərində mövcud olmuşdu. Lakin son illərdə regionda baş verən silahlı münaqişələr, dövlət olmayan aktorların güclənməsi və böyük güclərin ziddiyyətli müdaxilələri bu arxitekturanı faktiki olaraq parçalayaraq onu fraqmentar təhlükəsizlik mühitinə çevirib. İsrail üçün bu şəraitdə əsas çağırış strateji tənhalıq riskidir. Təl-Əviv üçün dəyərli olan tərəfdaşlar proqnozlaşdırıla bilən, rasional və uzunmüddətli davranış modeli nümayiş etdirən dövlətlərdir. Azərbaycan məhz bu keyfiyyətlərinə görə İsrailin strateji baxışında fərqlənir.

Azərbaycan–İsrail münasibətlərinin geosiyasi analizində İran faktorunu nəzərə almamaq mümkün deyil. Lakin bu münasibətləri yalnız anti-İran oxu kimi təqdim etmək həm analitik sadələşdirmə, həm də reallığın təhrifidir. Azərbaycan İranla birbaşa konfrontasiya xətti yürütməyən, öz suveren maraqlarını güzəştsiz qoruyan aktordur. Belə balanslı mövqe İsrail üçün xüsusilə əhəmiyyətlidir. Azərbaycan, İranla coğrafi yaxınlığa baxmayaraq, gərginliyi eskalasiya etməyən, lakin təhlükəsizlik risklərini də nəzərdən qaçırmayan bir model təqdim edir. Prezident Əliyevin mümkün səfəri İsrailə bu mesajı verir: Bakı regional balansın pozulmasında deyil, onun idarə olunmasında maraqlıdır. Bunlar İsrailin təhlükəsizlik strategiyasında dolayı balans mexanizmi kimi dəyərləndirilə bilər.

***

Ənənəvi hərbi və enerji faktorları ilə yanaşı, XXI əsrin geosiyasətində texnologiya və xüsusilə süni intellekt əsas güc determinantlarından birinə çevrilib. İsrail bu sahədə qlobal liderlərdən biridir, lakin texnoloji üstünlük artıq təkbaşına saxlanıla bilən resurs deyil. Bu üstünlüyün qorunması üçün uyğun tərəfdaşlarla şəbəkələşmə zəruridir.

Azərbaycanın mövcud geosiyasi konfiqurasiyadakı rolu ikili, lakin bir-birini tamamlayan xarakter daşıyır. Bakı bir tərəfdən regionda sabitlik yaradan, riskləri idarə etməyi bacaran və proqnozlaşdırıla bilən siyasi aktor kimi çıxış edir. Digər tərəfdən isə Azərbaycan texnoloji modernləşməni taktiki inkişaf xətti kimi deyil, milli strategiyanın əsas prioritetlərindən biri səviyyəsinə yüksəldən inkişaf edən dövlətdir. Məhz bu iki istiqamətin sintezi İsrail üçün cəlbedici əməkdaşlıq mühiti formalaşdırır və Prezident İlham Əliyevin mümkün səfərini texnoloji diplomatiyanın məntiqi davamına çevirir.

Azərbaycanın İsrail üçün xüsusi əhəmiyyət kəsb etməsinin əsas səbəblərindən biri də onun siyasi modelinin unikallığıdır. Ölkə müsəlman əhalisi olan, lakin idarəetməsini dünyəvi prinsiplər üzərində quran, Qərblə əməkdaşlığını Şərqlə qarşıdurma üzərindən formalaşdırmayan və regional proseslərdə emosional reaksiyalar əvəzinə institusional davranış nümayiş etdirən dövlətdir. Belə bir yanaşma Azərbaycanı ideoloji qütbləşmənin dərinləşdiyi bir regionda istisna aktora çevirir və onu İsrail üçün uzunmüddətli strateji sabitlik elementi kimi önə çıxarır.

Mövcud geosiyasi konfiqurasiyada Prezident İlham Əliyevin səfəri İsrail üçün iki əsas strateji nəticə yaradır. Birincisi, bu səfər İsrailin regional siyasətinə balans və rasional tərəfdaşlıq elementi əlavə edərək onun beynəlxalq legitimliyini gücləndirir. İkincisi isə İsrailin münasibətlərini “blok qarşıdurması” yox, “strateji müxtəliflik” üzərində qurduğunu nümayiş etdirir.

***

Fevralın 3-də imzalanmış süni intellekt üzrə əməkdaşlıq memorandumu Azərbaycan–İsrail münasibətlərində strateji dönüş nöqtəsidir. Çünki süni intellekt bu gün birbaşa geosiyasi güc alətinə çevrilib. Alqoritmik üstünlük və hesablama gücü XXI əsrin əsas “güc” komponentləri kimi çıxış edir. Ənənəvi təhlükəsizlik doktrinaları əsasən mövcud təhdidlərə cavab üzərində qurulurdu. Süni intellekt isə təhlükəsizlik anlayışını proaktiv mərhələyə keçirir: risklərin əvvəlcədən modelləşdirilməsi, sosial və iqtisadi proseslərin proqnozlaşdırılması, kritik infrastrukturun real vaxt rejimində qorunması kimi imkanlar yaradır. İsrail bu sahədə qabaqcıl təcrübəyə malikdir və bu təcrübənin Azərbaycanla bölüşülməsi münasibətləri hərbi əməkdaşlıq səviyyəsindən çıxararaq strateji planlama mərhələsinə daşıyır. Memorandumun Azərbaycan üçün əsas strateji dəyəri texnoloji suverenliyin möhkəmləndirilməsidir. Azərbaycan uzun müddət qlobal iqtisadiyyatda enerji ixracatçısı kimi tanınıb. Lakin dəyişən dünya nizamında bu statusun təkbaşına dayanıqlı olmadığı aydın görünür. Texnologiya sahəsində idxalçı mövqedən innovasiya tərəfdaşına keçid Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsas sütunlarından biridir.

***

Azərbaycan–İsrail münasibətlərinin davamlı və ziddiyyətsiz inkişafının arxasında dayanan əsas amil Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsidir. Bu siyasət milli maraqların rasional idarə olunması alətidir. Məhz bu yanaşma Bakının müxtəlif geosiyasi mərkəzlərlə eyni vaxtda işləməsinə, ziddiyyətli regional mühitdə manevr imkanlarını qorumasına şərait yaradır.

Prezident Əliyevin diplomatiyası “seçmək məcburiyyəti” üzərində deyil, paralel balans üzərində qurulub. Azərbaycan İsraillə təhlükəsizlik və texnologiya sahəsində dərin əməkdaşlıq etdiyi halda, bu xətti nə İslam dünyasına qarşı yönəldir, nə də onu sivilizasion qarşıdurmanın tərkib hissəsinə çevirir. Əksinə, Bakı İsraillə münasibətlərini dini və ideoloji müstəvidən çıxararaq dünyəvi dövlət maraqları çərçivəsində saxlayır. Balanslı xətt xüsusilə Fələstin məsələsində özünü aydın göstərir. Azərbaycan İsraillə tərəfdaşlığını genişləndirdiyi bir vaxtda belə, beynəlxalq hüquqa əsaslanan mövqeyindən geri çəkilmir və mövcud normativ çərçivəni açıq şəkildə dəstəkləyir.

Prezident İlham Əliyevin diplomatiyasının mühüm xüsusiyyətlərindən biri də onun regionda vasitəçi və sabitləşdirici rol oynamaq potensialıdır. Bakı nə radikal mövqelərin, nə də blok qarşıdurmalarının daşıyıcısı kimi çıxış edir. İsrail kimi təhlükəsizlik baxımından həssas dövlət üçün belə bir tərəfdaşlıq modeli xüsusi əhəmiyyət daşıyır.

Bu kontekstdə Prezident İlham Əliyevin Yerusəlimə dəvəti Azərbaycanın formalaşdırdığı dünyəvi, praqmatik və balanslı diplomatiya modelinə verilən beynəlxalq qiymət kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu, Azərbaycanın dəyişən beynəlxalq sistemdə öz xarici siyasət muxtariyyətini qoruyaraq təsir dairəsini genişləndirə bildiyini təsdiqləyən siyasi siqnaldır. Müasir beynəlxalq münasibətlərdə etimad emosional yaxınlıqdan çox, davranışın ardıcıllığı ilə ölçülür. Azərbaycan rəhbərliyinin uzun illər ərzində nümayiş etdirdiyi balanslı xarici siyasət İsrail üçün Bakı ilə əməkdaşlığın taktiki deyil, strateji səviyyədə mümkün olduğunu sübut edib.

Eyni zamanda, bu dəvət İsrailin Azərbaycanla münasibətlərini hər hansı üçüncü tərəfə qarşı yönəltmədiyini nümayiş etdirən mühüm regional balans mesajıdır. İsrail bu çağırışla Bakı ilə tərəfdaşlığın sabitləşdirici mexanizm üzərində qurulduğunu göstərir. Bununla yanaşı, çağırış Azərbaycan–İsrail münasibətlərində yeni mərhələnin anonsu rolunu oynayır. Prezident İlham Əliyevin İsrailə səfərinin baş tutub-tutmamasından asılı olmayaraq, əsas proses artıq gerçəkləşib. Azərbaycan–İsrail münasibətləri simvolik yaxınlıq mərhələsini geridə qoyaraq strukturlaşmış strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Son olaraq qeyd edək ki, Azərbaycanın xarici siyasət təcrübəsi göstərir ki, balanslı, tərəfsiz və dünyəvi diplomatiya mürəkkəbləşən beynəlxalq sistemdə ən dayanıqlı strategiyalardan biridir. İsrailin dəvəti bu modelin beynəlxalq səviyyədə qəbul olunduğunu və Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi dəyərləndirildiyini təsdiqləyən siyasi siqnaldır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri