Icma.az
close
up
RU
Azərbaycanın kripto bazarının əsas əngəlləri Şərh

Azərbaycanın kripto bazarının əsas əngəlləri Şərh

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Chainalysis” şirkətinin açıqladığı son qlobal kripto adaptasiyası hesabatına görə, Azərbaycan 151 ölkə arasında 90-cı yerdə qərarlaşıb. Bu, ölkənin Salvador və İrlandiyakimi dövlətlərlə eyni səviyyədə mövqe tutduğunu göstərir. Hesabatda qeyd olunur ki, Azərbaycanda fərdi istifadəçilər arasında kripto əməliyyatları nisbətən aktiv olsa da, iri investor seqmentində iştirak hələ zəifdir. Yəni ölkədə əsasən fərdi istifadəçilər aktivdir, amma böyük maliyyə institutları hələ kütləvi şəkildə bazara daxil olmayıb. Ölkəmizdə böyük maliyyə institutlarının kriptovalyuta bazarına daxil olmamasının əsas səbəbi nədir?

Crypto Consulting MMC-nin direktoru, kriptoinvest.az portalının rəhbəri və UNEC Biznes Məktəbinin müəllimi Elnur Quliyev bildirib ki, Azərbaycanda kriptovalyutalar bazarına böyük maliyyə institutlarının girməməsi təəccüblü deyil, çünki sistem hələ “boşluqlarla dolu rəqs meydanı”nı xatırladır: musiqi gedir lakin rəsmi qaydalar yoxdur.

  “Ölkəmizdə iri maliyyə institutlarının kriptovalyuta bazarına daxil olmamasının bir neçə əsas səbəbi var. Ən birincisi – normativ-hüquqi bazanın qeyri-müəyyənliyidir. Hazırda ölkədə kriptovalyutalarla bağlı tam hüquqi baza formalaşmayıb. Yəni bank və investisiya şirkətləri üçün nə icazə, nə də qadağa tam aydın deyil. Belə şəraitdə heç bir iri maliyyə qurumu öz reputasiyasını “boş hüquqi zonada” riskə atmaz.

İkincisi, Mərkəzi Bank və Maliyyə Monitorinqi Xidməti kriptovalyutaları hələ də “rəsmi maliyyə aləti” kimi qəbul etmir. Nəticədə AML/KYC tələbləri, hesabat standartları və vergi mexanizmləri konkretləşməyib. Bu faktor iri investorlar üçün “risk portfelinin baş ağrısına çevrilən” amildir və hüquqi təhlükəsizlik baxımından problem yaradır.

Üçüncü əsas faktor isə mövcud mühafizəkar maliyyə siyasətidir. Azərbaycanın maliyyə sektoru innovasiyadan çox sabitliyə önəm verir. Banklar üçün kripto deyil, “riskin sıfıra yaxın olması” prioritetdir. Yəni texnologiyanın gələcəyinə maraq var lakin “ilk addımı başqası atsın” prinsipi işləyir”,- deyə mütəxəssis deyib.

  Elnur Quliyev qeyd edib ki,hazırkı şəraitdə Azərbaycanda kriptovalyuta bazarını fərdi istifadəçilər hərəkətdə saxlayır:

 “Lakin hüquqi çərçivə və tənzimləmə mexanizmləri formalaşmadan iri maliyyə qurumlarının bu bazara kütləvi şəkildə daxil olması hələlik real görünmür”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri