Icma.az
close
up
RU
Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıb

Azərbaycanın logistik habı Çinin iri meyvə bazarı ilə memorandum imzalayıb

Icma.az bildirir, Marja.az portalına istinadən.

Azərbaycanın şimal bölgəsində yerləşən, “bir pəncərə” sistemi ilə idarə edilən çoxfunksiyalı logistik hab olan “Food City Agrocomplex” ilə Çinin iri meyvə bazarı “Jiaxing Fruit Market” arasında strateji əməkdaşlıq memorandumu imzalanıb.

Marja xəbər verir ki, Əməkdaşlığın əsas məqsədi tərəflərin qarşılıqlı tərəfdaş kimi tanınması, Azərbaycan məhsullarının, xüsusilə də yaş meyvə və tərəvəzlərin Çinə ixracının təşviqi, eyni zamanda, Çin məhsullarının Azərbaycan vasitəsilə Avropaya çıxışı üçün regional tranzit və multimodal daşıma imkanlarının yaradılmasıdır.

“Food City Agrocomplex” bildirib ki, imzalanan memorandum Azərbaycanın aqrar ixrac potensialının gücləndirilməsinə, məhsulların yeni bazarlara çıxışına, fermerlərin məhsullarının əlavə dəyər qazanmasına və ölkənin regional tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.

“Food City Agrocomplex”in 11,71 hektarlıq infrastrukturu - soyuducu anbarlar, terminal sahələri, çeşidləmə və qablaşdırma avadanlıqları, həmçinin gündəlik 24 test və 400-dən artıq analiz imkanı olan laboratoriyası məhsulların beynəlxalq bazarlara çıxışında dəyər zəncirinin formalaşmasına və fermerlərin gəlirlərinin yüksəlməsinə şərait yaradır. Kompleksin illik 750 min ton yükaşırma potensialı isə Azərbaycanın ixrac imkanlarını daha da genişləndirir.

Qeyd edək ki, “Jiaxing Fruit Market”in illik dövriyyəsi təxminən 10 milyard ABŞ dolları (17 milyard manat), illik məhsul satışı isə 4 milyon ton civarındadır. Yerli və beynəlxalq ticarət şirkətləri ilə istehsal mərkəzləri arasında mühüm mövqeyə malik olan şirkət həm daxili istehlak bazarında, həm də Avropa, Rusiya və digər Asiya ölkələrinə ixrac istiqamətində aparıcı oyunçulardan biridir.

“Food City Agrocomplex” bir pəncərə prinsipi ilə idarə olunan çoxfunksiyalı logistik hab olaraq, Azərbaycanın Şimal-Cənub və Orta Dəhliz üzərindəki unikal coğrafi üstünlüyündən strateji şəkildə faydalanır. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə yanaşı, mərkəz yalnız yerli məhsulların ixrac potensialının artırılmasına deyil, həm də regional tranzit və multimodal daşımaların səmərəli idarə olunmasına xidmət edən beynəlxalq əməkdaşlıq platformalarının qurulmasını hədəfləyir.

Bu məqsədlə “Food City Agrocomplex” BƏƏ, Özbəkistan və digər ölkələrin aparıcı şirkətləri ilə işgüzar görüşlər keçirərək strateji tərəfdaşlıq imkanlarını müzakirə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://marja.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri