Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Yanvarın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, lakin gecə və axşam bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Cənub-qərb küləyi axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.
Milli.Az
Baxış sayı:111
Bu xəbər 25 Yanvar 2026 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















