Azərbaycanın məktubu BMT nin sənədi kimi yayımlandı
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Tofiq Musayevin qurumun Baş katibinə ünvanlanmış məktubu Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayımlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi məlumat yayıb.
Müraciət məktubunda vurğulanıb ki, regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərini icra etməsini tələb edir:
"Regionda davamlı sülh və sabitlik Ermənistanın beynəlxalq öhdəliklərinə ciddi şəkildə əməl etməsini, ərazi iddialarından tam və qeyd-şərtsiz imtina etməsini, təcavüz və işğalı nəticəsində Azərbaycana vurduğu ziyanı aradan qaldırmasın, həmçinin dezinformasiya və yanlış məlumatlardan, eləcə də dövlətlərarası münasibətlərin normallaşması perspektivlərinə mane olan hər hansı digər hərəkətlərdən çəkinməsini tələb edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 26 Mart 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















