Prezidentin müraciətinin BMT sənədi kimi yayılması Azərbaycanın uğurudur Ceyhun Məmmədov
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
BMT katibliyi Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, belə bir sənədin yayılması olduqca önəmlidir.
"Çünki bu gün cənab prezidentin rəhbərliyi ilə Azərbaycan Böyük Qayıdışa doğru sürətlə irəliləyir. Böyük Qayıdışın gerçəkləşməsi üçün addımlar atılır. Bildiyiniz kimi bir müddət bundan əvvəl mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində Qərbi Azərbaycanla bağlı möhtəşəm bir tədbir keçirilmişdir və bu tədbirə də cənab prezidentin müraciəti olmuşdu. Burda bir çox mühüm məsələlər əksini tapmışdır".
Millət vəkilinin sözlərinə görə, sənədin bu formada yayılması Azərbaycanın həyata keçirdiyi siyasətin uğurunu və qarşısına qoyduğu məqsədlərə çatdığını göstərir.
"Bu məsələyə də Azərbaycan öz töhfəsini verir, bir daha xarici siyasətin uğurunu göstərir. Bu gün davamlı olaraq Azərbaycan həqiqətlərinin çatdırılması, erməni vəhşiliyinin ifşası üçün real addımlar atılır. Ermənistan ərazisindən deportasiya olunan azərbaycanlıların öz doğma yurduna qayıtması baxımından da belə bir mötəbər təşkilatda belə bir sənədin yayılması və belə bir həqiqətlərin müzakirə olunması çox önəmlidir. Birmənalıdır ki, mütləq Azərbaycan bu xarici siyasətini sona kimi uğurla icra edəcək və öz məqsədlərinə, hədəflərinə çatacaq", - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Baxış sayı:41
Bu xəbər 25 İyul 2025 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















