Icma.az
close
up
RU
Azərbaycanın milli bəyanatı BMT də təqdim edilib KONKRET

Azərbaycanın milli bəyanatı BMT də təqdim edilib KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İyulun 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Yeni Şəhər Gündəliyinin icrasının ortamüddətli icmalına həsr olunmuş BMT Baş Assambleyasının yüksəksəviyyəli iclası keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iclasın açılış mərasimində çıxış edib, daha sonra isə plenar iclasda Azərbaycan Respublikasının milli bəyanatını təqdim edib.

KONKRET.az xəbər verir ki, Anar Quliyev açılış nitqində cari ilin may ayında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) qlobal şəhərsalma gündəliyinin inkişafına yeni dinamika qazandırdığını və bugünkü yüksəksəviyyəli iclasa aparan mühüm mərhələ olduğunu vurğulayıb. “Kito şəhəri ilə başlanan yol bizə ortaq baxış qazandırdı. Bakı qlobal gündəliyə yeni siyasi impuls verdi. Nyu-York Yeni Şəhər Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün birgə iradəmizi təsdiqlədiyimiz məkan olsun”, – deyə Anar Quliyev bildirib.

Milli bəyanatda Yeni Şəhər Gündəliyi prinsiplərinin Azərbaycanda həyata keçirilməsi istiqamətində əldə olunan nəticələr təqdim edilib. Bildirilib ki, şəhərsalma siyasəti inteqrasiya olunmuş məkan planlaşdırılması, əlçatan mənzil təminatı, rəqəmsallaşma, iqlim dayanıqlılığı və insanmərkəzli yaşayış məkanlarının formalaşdırılmasını əsas prioritetlər kimi müəyyən edir.

Bu kontekstdə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesinə diqqət çəkən Anar Quliyev bildirib ki, bu ərazilər “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Daha Yaxşı Yenidənqurma” prinsipi və müasir baş planlar əsasında yenidən qurulur: “Bu yanaşma postmünaqişə bərpa dövründə daha geniş məna daşıyır və şəhərsalmanın uzunmüddətli sülhün, dayanıqlı inkişafın və yüksək həyat keyfiyyətinin təmin edilməsinə xidmət etdiyini göstərir”.

Həmçinin Komitə sədri ölkədə həyata keçirilən şəhərsalma islahatlarından bəhs edib. Bildirilib ki, son illər müvafiq normativ-hüquqi baza ardıcıl şəkildə təkmilləşdirilib, ölkə şəhərlərinin 86%-dən çoxu üzrə yenilənmiş baş planlar hazırlanıb. Xüsusi olaraq vurğulanıb ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə əməkdaşlıq çərçivəsində ölkənin ilk Milli Şəhərsalma Siyasəti hazırlanır.

Sonda qeyd olunub ki, Azərbaycan Yeni Şəhər Gündəliyinin icrası istiqamətində milli səviyyədə fəaliyyətini davam etdirməklə yanaşı, şəhərlərin dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə vermək əzmindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri