BMT də Azərbaycanın bəyanatı səsləndirilib
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində "İnsanlıq əleyhinə cinayətlər" mövzusunda keçirilən komitə iclasında Azərbaycanın bəyanatı səsləndirilib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Tale Əliyev diqqətə çatdırıb.
İnsanlığa qarşı cinayətlərin beynəlxalq hüququn ən ciddi pozuntularından biri kimi tanındığını qeyd edən birinci katib bu cinayətlərin qarşısının alınması və cəzalandırılmasının beynəlxalq ictimaiyyətin ümumi məsuliyyəti olduğunu bildirib.
"Azərbaycan Respublikası insanlığa qarşı cinayətlərin qarşısının alınması və cəzalandırılması üzrə konvensiyanın hazırlanması istiqamətində Beynəlxalq Hüquq Komissiyasının işini yüksək qiymətləndirir. Biz bu sahədə vahid və hərtərəfli hüquqi çərçivənin yaradılmasını dəstəkləyirik", - birinci katib vurğulayıb.
"Azərbaycan bu prosesə sadiqdir və insan hüquqlarının və beynəlxalq humanitar hüququn qorunmasına töhfə verməyə davam edəcəkdir", - deyə T. ƏLiyev sözlərini yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 14 Oktyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















