Icma.az
close
up
RU
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin doğum günüdür

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində dünyaya gəlib.

O, 1970-ci ildə orta məktəbi, 1971-ci ildə isə Xankəndi şəhərindəki avtomobil məktəbini bitirib.

1971-73-cü illərdə Minsk şəhərində hərbi xidmətdə olub.

1976-79-cu illərdə SSRİ Daxili İşlər Nazirliyinin Frunze adına Xüsusi Milli Məktəbində təhsil alıb və sonra təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirib.

Belorusiya SSR DİN-in və Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

DQMV Daxili İşlər Şöbəsində çalışarkən millətçi ermənilər tərəfindən ona qarşı müxtəlif təxribatlar edilib.

Saxta ittihamlarla günahlandırılan Əlif Hacıyev 10 il həbs cəzasına məhkum olunub, sonradan bəraət alaraq azadlığa buraxılıb.

1990-cı ildə Xocalıya qayıdaraq Qarabağda yaradılan Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərə qarşı mübarizəsini davam etdirib.

1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunub və Xocalı təyyarə limanı xətt daxili işlər bölməsinə rəis təyin olunmaqla yanaşı, Xocalı aeroportunun komendantı olub.

1991-ci ilin dekabr ayında ona "mayor" rütbəsi verilib.

Əlif Hacıyevin əzmkarlığı nəticəsində Xocalı aeroportu erməni millətçilərin nəzarətindən tamamilə çıxarılıb.

Ermənilərin "Xocalı əməliyyatı"na başladığı 25 fevral 1992-ci ildə Xocalı camaatının kəndi tərk etmək barədə ermənilər tərəfindən edilən xəbərdarlığı qəbul etməyib, Bakıdan kömək gözlədiyi bir vaxtda Əlif Hacıyev və dəstəsi səhər saat 5-ə qədər azğınlaşmış düşmənlə vuruşub.

Döyüşlər qeyri-bərabər qüvvələr arasında getsə də, Ə.Hacıyev misilsiz qəhrəmanlıq göstərərək, bir dəstə dinc əhalini Ağdamın Şelli kəndinə tərəf təhlükəsiz yerə çıxara bilib. Həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda balaca bir oğlan uşağına papağını hədiyyə edib, ona demişdi ki, "qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan".

Təəssüf ki, o, bir daha qayıtmır. Yenidən döyüşə atılan Əlif avtomatın darağını dəyişərkən düşmən gülləsindən şəhid olur.

Hadisə şahidləri danışırlar ki, onun cəsədi Xocalıda beş gün böyürtkən kolunun dibində qalmışdı. Əlifin Nazim adında işçisi Hacıyev vurulanda həmin kolun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü. Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə isə ermənilərdən biri deyib: "Əgər bilsələr, bu, Əlifin meyitidir, onu sizə verməyəcəklər". Ona görə də Nazim Əlif Hacıyevin cəsədini maşında o biri meyitlərin altında gizlədib gətirmişdi.

Əlif Hacıyev Bakıda, Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi. Zərinə və İradə adlı iki qızı var.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Hazırda Bakının Nizami rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 İyun 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri