Icma.az
close
up
RU
Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalıdır

Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalıdır

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Azərbaycana Rusiyanı birləşdirən bir çox səbəblər mövcuddur. Azərbaycan xanlıqlarının Rusiyaya ilhaqından üzü bəri bir sıra ortaq dəyərlər və bağlar yaranıb. Hər iki dövlət keçmiş SSRİ-nin bayrağı altında olublar. Rus xalqı ilə Azərbaycan xalqı arasında sıx münasibətləri və dostluğu inkar etmək olmaz. Putinin hakimiyyəti də əbədi deyil, ancaq bu xalqlar həm qonşu, həm də bir-birlərinə inteqrasiya olunmuş xalqlardır. Hesab edirəm Putin bir ovuc şovinist və imperiyapərəst qüvvələrin maraqlarını təmin etməklə Rus xalqını beynəlxalq aləmlə düşmənə çevirib. Rəsmi Bakı Moskva ilə əlaqələrini ən yüksək səviyyədə saxlamağa çalışıb və 2022-ci ildə Moskvada imzalanmış strateji müttəfiqlik sənədinin ruhuna uyğun davranış sərgiləyib. Baxmayaraq ki, Kreml heç vaxt Azərbaycana qarşı səmimi olmayıb və özünü ərköyün "böyük qardaş" kimi aparıb".
Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Əli Orucov Tacikistanda nəzərdə tutulan Putin-Əliyev görüşünün Azərbaycanla Rusiya arasında yaranmış sərinliyi aradan qaldırmaq mümkünlüyünə toxunarkən səsləndirib. O deyib ki, Rusiyanın postsovet ölkələrinə bərabərhüquqlu tərəfdaş və müstəqil dövlət olaraq yanaşmaması onun imperya mahiyyətindən doğur:
"25 dekabrda AZAL-a məxsus avialaynerin Qrozni səmasında vurulmasından sonra Rusiyanın atdığı addımlar da imperiya mahiyyətindən irəli gəlirdi və beynəlxalq hüquq sayğısının daha bir təzahürü idi. Halbuki bu cinayətdir və cinayətə görə də konkret məsuliyyət və diplomatik qaydalar və mexanizmlər var. Bunlar işə salınmalı idi. Moskva isə tam tərsini etməklə strateji müttəfiqini və dostunu incitməklə özündən uzaqlaşdırdı. Beynəlxalq və təcrid altında olan Rusiya üçün bu tam bir ağılsızlıqdır. Azərbaycan davamlı təzyilərə rəğmən sanksiyalar qoşulmadı, iqtisadi-ticari əlaqlərini inkişaf etdirdi, beynəlxaql platformalarda Rusiyanın əleyniə olmadı, lakin bütün bunların müqabilində haqsızla üzləşdi. Putin və ətrafə Azərbaycanla bağlı hesablamaları düzgün aparmadılar. Düşündülər ki, basqılarla, əks təbliğatla, çirkin üsullarla Bakının inadını və iradəsini sındıra biləcəklər. Bu metod işlımədi və Putin məcbur olub aradakı soyuqluğu ilindırmaq yolunu tutmağa məcbur oldu və ilk addım kimi də Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Prezident İ.Əliyevə yaxınlaşaraq əlini uzatdı. Havada qalmalı olan əl havada qalmadı. Putin ardınca keçirdiyi brifinqdə səhvliyə yol verdiyini dolayısı olə etiraf etmiş oldu. Dövlət başçısnın Putini ad günü münasibəti ilə təbrik etməsini sanki Kremldəkilər gözləyirmiş və bu Rusiya mediasında kütləvi trajlandı
Prezident İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Düşənbəyə səfəri Azərbaycanla Rusiya arasında gərginliyin aradan qaldırılmasında bir fürsət kimi dəyərləndirlir. Kreml rəhbəri də həmin tədbirdə qatılmaq üçün Tacikstanın paytaxtındadır. Azərbaycanın mövqeyi dəyişməyib, sərnişin təyyarəsini vuranlar cəzalandırılmalı, üzr istənilməli, kompensasiya ödənilməlidir. Eyni zamanda Rusiyada yaşayan azərbaycanılara təqib və qısnamalara məruz qalmamalıdırlar. Əgər bu şərtlər yerinə yetiriləcəksə Moskva-Bakı əvvəlki dönəmlərə qayıda biləcək. Rusiyanın Azərbaycana ehtiyacı var. Moskva Azərbaycanı itirməklə Cənubi Qafqazı, Türk dünyasını, geopolitik iqtisadi-ticari maraqlarını itirmiş olur. Hesab etmirəm ki, Putin belə bir avantüraya əl atsın. Azərbaycana da Rusiya lazımdır. Həm böyük bazar kimi, həm də təhlükəsizliyin təmini və digər faktorlar baxımından. Ona görə də münasibətlərin normallaşması və ardakı narazılıqların qarşlılqlı anlaşma şəraitndə nizamlanması qaçınılmazdır. Hər iki tərəf də bunu anlayır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri