Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib ŞƏRH

Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti onu diplomatik mərkəzə çevirib ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Çexiya Baş naziri Andrey Babişin Azərbaycana səfəri, sadəcə, diplomatik təqvimin davamı kimi yox, ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və yeni siyasi reallıqların təzahürü kimi qiymətləndirilə bilər. Həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət olan bu səfər Azərbaycanın Cənubi Qafqazda formalaşdırdığı sabitlik modelinin Avropa üçün strateji məna daşıdığını bir daha sübut etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

O bildirib ki, Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes-forumu bu baxımdan səfərin ən önəmli məqamlarından biri oldu. Forum çərçivəsində enerji, nəqliyyat, sənaye və texnologiya sahələrində əməkdaşlıq məsələləri geniş müzakirə edildi. Çexiyanın bir sıra aparıcı şirkətləri Azərbaycanla birgə layihələrdə iştirak etmək niyyətlərini bildirdilər. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan “yaşıl enerji” proqramlarının və nəqliyyat qovşaqlarının artıq Avropa ölkələrinin praktik maraq dairəsinə daxil olduğunu göstərir.

"Prezident İlham Əliyevlə keçirilən görüş zamanı Azərbaycanın beynəlxalq aktorların diqqət mərkəzində olan məkan kimi səciyyələndirilməsi təsadüfi deyildi. Son illərdə Bakı təkcə regional deyil, həm də qlobal səviyyədə maraqların kəsişdiyi siyasi və iqtisadi mərkəzə çevrilib. Əgər bir vaxtlar Azərbaycan daha çox enerji resurslarının ixracatçısı kimi qəbul olunurdusa, bu gün ölkə artıq davamlı inkişaf, nəqliyyat, enerji təhlükəsizliyi və diplomatik vasitəçilik sahələrində qlobal gündəmin formalaşmasına təsir edən mühüm oyunçuya çevrilir. Azərbaycanın Şərq ilə Qərb, Avropa ilə Asiya arasında körpü rolunu oynaması Avropa dövlətləri üçün strateji alternativ yaradır. Məhz bu səbəbdən də son aylarda Avropa İttifaqına üzv ölkələrin yüksək səviyyəli nümayəndələri — Litva, Latviya, Ukrayna və nəhayət Çexiyanın rəhbərləri — Bakıya ardıcıl səfərlər edirlər. Bu diplomatik aktivlik göstərir ki, Azərbaycan artıq regiondakı prosesləri müəyyənləşdirən subyekt kimi qəbul olunur.

Aprel ayı ərzində baş tutan bu səfərlər həm regionda, həm də Avropada təhlükəsizliyin və enerji sabitliyinin yeni arxitekturasının konturlarını müəyyənləşdirir. Bir sözlə, Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasəti, beynəlxalq əməkdaşlığa açıq yanaşması onu müasir multipolyar dünyada yeni növ diplomatik mərkəzə çevirib ",- deyə S.Seyidov vurğulayıb.

Forumun məhz Qəbələdə təşkil olunması da simvolik xarakter daşıyırdı - bu, Azərbaycanın iqtisadi inkişaf modelinin paytaxtdan regionlara yayılmasının göstəricisidir. Forum çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr və qarşılıqlı maraqlar biznes mühitinin genişlənməsinə, Avropa ilə iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

"Azərbaycanın artan rolu həm də onun iqtisadi potensialının, siyasi sabitliyinin və etibarlı tərəfdaş obrazının nəticəsidir. Bu baxımdan da Andrey Babişin səfəri və Azərbaycan–Çexiya biznes forumu göstərdi ki, Azərbaycan artıq, sadəcə, regional lider deyil, qlobal enerji təhlükəsizliyinin, iqtisadi əməkdaşlığın və siyasi dialoqun formalaşdırıcısı kimi çıxış edir. Bakı bu gün Avropanın yeni praqmatik siyasətinin mərkəzinə çevrilərək, həm Şərqə, həm də Qərbə üz tutan strateji istiqamətlərin kəsişdiyi nöqtədə öz nüfuzunu möhkəmləndirir. Azərbaycanın artan rolu regionda sabitliyin və beynəlxalq əməkdaşlığın əsas dayaqlarından biri kimi artıq danılmaz faktdır", - deyə o əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri