Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Ulu Öndər azərbaycançılığı müstəqil dövlətin ideoloji təməlinə çevirib ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 oktyabr, AZƏRTAC

Tarix bəzən xalqların qarşısında elə taleyüklü suallar qoyur ki, onların cavabı siyasi qərarlarla bərabər, milli iradənin səfərbər edilməsi, tarixi yaddaşın dirçəldilməsi və gələcəyin fəlsəfi əsaslarının müəyyənləşdirilməsi ilə mümkün olur. Belə məqamlarda şəxsiyyətin böyüklüyü tutduğu vəzifənin miqyası ilə deyil, xalqının taleyində yaratdığı dönüşün dərinliyi ilə ölçülür. XX əsrin mürəkkəb siyasi kataklizmləri, imperiyaların süqutu və yeni dövlətçilik reallıqları fonunda Azərbaycan xalqının tarixi inkişafına istiqamət verən Ümummilli Lider Heydər Əliyevin missiyasını da məhz bu müstəvidə dəyərləndirmək lazımdır. Onun xidmətləri müasir Azərbaycanın siyasi və iqtisadi quruculuğu ilə məhdudlaşmır. Bu missiyanın daha dərin qatında xalqın özünü dərk etməsi, milli kimliyini bütöv şəkildə qavraması və azərbaycançılığın müstəqil dövlətin ideoloji təməli kimi formalaşdırılması dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib.

Deputat bildirib ki, hər bir xalqın tarixi mövcudluğu ilə onun milli şüuru arasında mürəkkəb vəhdət mövcuddur: “Xalqı yalnız eyni ərazidə yaşayan insanların məcmusu kimi səciyyələndirmək mümkün olmadığı kimi, milləti də təkcə ortaq mənşə və dil əsasında izah etmək kifayət deyil. Millət, hər şeydən əvvəl, ortaq tarixi yaddaşın, mənəvi dəyərlərin, gələcəyə dair ümumi təsəvvürlərin və siyasi iradənin daşıyıcısıdır. Bu mənada milli ideologiya xalqın kim olduğunu, hansı dəyərlərə söykəndiyini və hansı məqsədlərə doğru irəlilədiyini müəyyənləşdirən mənəvi-intellektual sistemdir. Heydər Əliyevin azərbaycançılıq qarşısındakı ən mühüm xidmətlərindən biri onun tarixi-mədəni mahiyyətini müstəqil dövlətin ideoloji prinsipləri səviyyəsinə yüksəltməsidir. Ulu Öndərin strateji baxış bucağından azərbaycançılıq ideyası artıq yalnız milli mənsubiyyət hissini ifadə edən anlayış deyil, dövlətin mövcudluq fəlsəfəsini, cəmiyyətin birliyini və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən ümummilli məfkurə kimi təqdim edildi. Bu məfkurənin mərkəzində isə dövlətçilik dayanır. Dövlətçilik sadəcə ərazi, sərhəd və idarəetmə mexanizmlərinin mövcudluğu deyil. O, xalqın öz taleyinə sahib çıxmaq iradəsinin siyasi-hüquqi ifadəsidir. Müstəqil dövlət milli varlığın qorunmasının təminatı olmaqla yanaşı, həmin varlığın gələcək nəsillərə ötürülməsi üçün də zəruri şərait yaradır. Bu baxımdan azərbaycançılıqla dövlətçilik bir-birini tamamlayan iki fundamental anlayışdır: milli kimlik dövlətçiliyə mənəvi məzmun verir, dövlətçilik isə milli kimliyin sərbəst inkişafı üçün siyasi məkan yaradır. Heydər Əliyevin ideoloji konsepsiyasında milli-mənəvi dəyərlərin xüsusi yer tutması da bu məntiqdən irəli gəlir. Ana dili, ədəbiyyat, tarix, adət-ənənələr və mənəvi irs xalqın özünəməxsusluğunu qoruyan əsas dayaqlardır. Lakin bu dəyərləri qorumaq keçmişi dəyişməz şəkildə təkrarlamaq demək deyil. Əsl milli ənənə yaşadıldıqca inkişaf edən, yeni nəsillərin düşüncəsində yeni məna qazanan və zamanın sınaqlarından keçərək zənginləşən dəyərlər sistemidir. Milli irs müasir həyatın yaradıcı qüvvəsinə çevrildikdə həqiqi tarixi missiyasını yerinə yetirir”.

Azərbaycançılıq məfkurəsi milli birliyin və dövlətçiliyin əsasını təşkil edir

Ulu Öndərin azərbaycançılıq məfkurəsinin sistemləşdirilməsindəki tarixi missiyasının digər mühüm tərəfinin onun bu ideyanı dövlət siyasətinin müxtəlif istiqamətləri ilə əlaqələndirməsi olduğunu vurğulayan deputat qeyd edib ki, hüquqi dövlət quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli mədəniyyətin inkişafı, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi vahid strateji baxışın tərkib hissələrinə çevrilib.

“Bununla belə, hər hansı ideologiyanın tarixi gücü onun yalnız keçmişdə qazandığı nüfuzla deyil, gələcək nəsillərin həyatında yaratdığı məna ilə müəyyən olunur. Azərbaycançılığın yaşaması onu şüar kimi təkrarlamaqdan daha artıq məsuliyyət tələb edir. Bu məfkurə milli dilə, tarixə və mədəniyyətə hörmətdə, dövlət qarşısında məsuliyyətdə, cəmiyyətin birliyində, insan ləyaqətinə münasibətdə və ölkənin gələcəyinə xidmət edən əməli fəaliyyətdə öz təsdiqini tapmalıdır. Heydər Əliyevin tarixi missiyasını fəlsəfi baxımdan səciyyələndirən əsas cəhət də budur: Ulu Öndər milli ideyanı tarixin yaddaşından götürərək müasir dövlətin ideoloji dayağına çevirdi. Onun fəaliyyəti azərbaycançılığın ayrı-ayrı tarixi mərhələlərdə meydana çıxmış ideya və dəyərlərini vahid dövlətçilik konsepsiyası daxilində birləşdirdi. Bu mənada Ulu Öndərin irsi yalnız müəyyən dövrün siyasi təcrübəsi deyil, milli özünüdərk, dövlətçilik və tarixi məsuliyyət haqqında düşüncələr sistemidir. Zaman dəyişir, beynəlxalq münasibətlər yenilənir, cəmiyyətlər yeni çağırışlarla qarşılaşır. Lakin xalqın özünü tanımaq, öz taleyinə sahib çıxmaq və gələcəyini müstəqil müəyyənləşdirmək ehtiyacı dəyişmir. Azərbaycançılığın tarixi davamlılığı da məhz bu ehtiyacdan qaynaqlanır. Heydər Əliyevin xidmətlərinin miqyası onun bu fundamental həqiqəti siyasi uzaqgörənliklə dərk etməsində və onu dövlət quruculuğunun əsas prinsiplərindən birinə çevirməsindədir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see344

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see280

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see272

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see270

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see253

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see251

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see245

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see239

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see237

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see235

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see223

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see220

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see214

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see206

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see201

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see198

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see192

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see190

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see189

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri