Icma.az
close
up
RU
Azərbaycanın Müstəqillik Günü münasibətilə Kişineuda qəbul təşkil olunub

Azərbaycanın Müstəqillik Günü münasibətilə Kişineuda qəbul təşkil olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Kişineu, 23 may, AZƏRTAC

Moldovanın paytaxtı Kişineuda Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Moldova Parlamentinin spikeri İqor Qrosu, energetika naziri Dorin Junqietu, Moldovanın sabiq prezidenti Pyotr Luçinski, bu ölkənin sabiq Baş nazirləri Kirill Qaburiç, İon Kiku, deputatlar, xarici ölkələrin səfirlikləri, ictimai-siyasi xadimlər, diplomatlar, İkinci Qarabag müharibəsinin qaziləri, diaspor fəalları iştirak ediblər.

Qəbul Azərbaycanın və Moldovanın Dövlət himnlərinin ifası ilə başlayıb.

Sonra çıxış edən Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev bildirib ki, 28 May xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılmış bir gündür. 1918-ci il mayın 28-i Şərqdə və bütün müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Amma çox təəssüf ki, qurulandan iyirmi üç ay sonra respublika süqut etdi. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1918-ci ildə qaldırılan bayraq 1920-ci ildə endirilib. Bundan sonra Ulu Öndər Heydər Əliyev bu bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında rəsmi olaraq qaldırıb və təsis edib. Praktiki olaraq müstəqilliyə gedən yol bu tarixi andan başlayıb.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə böyük çətinliklərlə, ərazilərinin müəyyən hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə üzləşmişdi. Bununla belə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı ərazilərimizin əksəriyyətini işğaldan azad edə bildi. Həmçinin 2023-cü ilin sentyabrında öz ərazilərimizi tam bərpa etdik. Təəssüf ki, işğal dövrü ərzində Ermənistan həmin ərazilərdə bir milyondan artıq mina yerləşdirib ki, bu da öz növbəsində ərazilərimizin bərpasını çətinləşdirir və insanların həyatı üçün ciddi təhlükə yaradır. İşğaldan azad olunmuş ərazilərimizdə bu günədək 400-ə yaxın vətəndaşımız minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb”, - deyə Ülvi Baxşəliyev əlavə edib.

Sonra Moldova Parlamentinin spikeri İqor Qrosu çıxış edərək Azərbaycanın Müstəqillik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirakdan böyük şərəf hissi duyduğunu bildirərək deyib: “Bu il biz Moldova Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünü qeyd edirik və onların dinamikası müsbətdir. Hər iki ölkənin ortaq cəhətləri var. Bütün bu illər ərzində ölkələrimiz beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycan Moldova üçün həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır. Moldova parlamenti adından Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırır, sülh, inkişaf və davamlı firavanlıq arzulayıram”.

Moldova Elmlər Akademiyasının prezidenti İon Tiginyanu isə AZƏRTAC-a açıqlamasında Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək deyib: “Azərbaycandakı dostlarımıza gözəl əməkdaşlıq üçün təşəkkür edirəm. Moldova Elmlər Akademiyasının prezidenti kimi təsdiq edə bilərəm ki, son 10 ildə biz elmi əlaqələrimizi möhkəmləndirmişik. Hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq sazişi mövcuddur. Birgə konfranslarımız olur. Mən Bakıda olmuşam. Azərbaycan xalqının qonaqpərvərliyinin, təbiətinizin gözəlliyinin heyranı olmuşam. Mən inanıram ki, biz gələcəkdə də əməkdaşlıq körpümüzü daha da möhkəmləndirəcəyik. Alimlərimiz uğurla əməkdaşlıq edirlər və dünya elminə öz ciddi töhfələrini verirlər”.

Tədbirin sonunda Azərbaycanın milli rəqsləri, xüsusilə Moldovada fəaliyyət göstərən həftəsonu Azərbaycan dili məktəbinin şagirdlərinin ifası qonaqların marağına səbəb olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri