Icma.az
close
up
RU
Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

Azərbaycanın Müyəssərlik Xəritəsi yaradılıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 avqust, AZƏRTAC

“Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı” (ƏOŞTİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və “Şəhərsalma və Memarlıq İli“ çərçivəsində həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsini başa çatdırıb.

Bu barədə AZƏRTAC-a ƏOŞTİ-dən məlumat verilib.

Bildirilib ki, layihədə nəzərdə tutulan fəaliyyətlər uğurla icra olunub. Belə ki, ƏOŞTİ və “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Bakı Urban Həftəsi çərçivəsində və WUF13 zamanı “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçirilib.

Layihənin partnyoru olan Gibuti Əlil Təşkilatları Birliyi, milli təşkilatlar və digər 12 ölkəni təmsil edən əlilliyi olan şəxslərin təşkilatlarının təmsil olunduğu “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsi yaradılıb və onlayn görüşlər təkil edilib. Həmçinin müxtəlif qurumları təmsil edən şəxslər üçün “Əlilliyin dərki, müyəssərlik və monitorinqlərin aparılması qaydaları” mövzusunda ikigünlük təlim keçirilib.

Növbəti mərhələdə “Müyəssər Azərbaycan” proqramı çərçivəsində ölkəmizdə ilk dəfə "Azərbaycanın Müyəssərlik Xəritəsi - AMX (Azerbaijan Accessibility Map – AAM)" yaradılıb. Müxtəlif monitorinq metodlarından istifadə edilməklə elektron məlumat bazalarında (saytlarda), inzibati binalarda, təhsil və səhiyyə müəssisələrində, mədəniyyət və idman obyektlərində, parklarda, hotellərdə, ictimai-iaşə obyektlərində, küçələrdə, piyada keçidlərində, ictimai nəqliyyatda və dayanacaqlarda, sosial xidmət müəssisələrində və digər ictimai məkanlarda monitorinqlər aparılıb. Qiymətləndirmə milli qanunvericiliyin tələbləri, beynəlxalq standartlar və universal dizayn prinsipləri əsasında həyata keçirilib. 154 qurumun saytlarının rəqəmsal müyəssərliyinin monitorinqi aparılıb, 45 qurumda isə həm rəqəmsal, həm də müyəssərliyin monitorinqinin digər formalarından (fiziki, müşahidə, keçmiş məlumatlar) istifadə olunub. Qeyd edilən fəaliyyətlərin nəticəsi olaraq, Azərbaycanda ilk dəfə etibarlı, müasir, dayanıqlı və davamlı elektron məlumat bazası formalaşdırılaraq Azərbaycanın Müyəssərlik Xəritəsinin saytı yaradılıb. Sayta Bakı və respublikanın digər zonalarından 45 məkan barədə məlumatlar daxil edilib. Azərbaycanın Müyəssərlik Xəritəsində məlumatlar daim yenilənir. Əlilliyi və müyəssərlik üzrə təcrübəsi olan, bu sahədə şəxsi və kollektiv müşahidə aparan hər kəsin təqdim etdiyi məlumatlar (yazı, foto, video) Azərbaycanın Müyəssərlik Xəritəsinə yerləşdirilə bilər. Bunun üçün materiallar [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Qeyd edək ki, “İnklüziv Şəhərlər Alyansı” şəbəkəsinə daxil olan hər bir ölkədəki müyəssərlik xəritələrinin inteqrasiya edilməsi üzərində də iş aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Avqust 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri