Icma.az
close
up
RU
Azərbaycanın gələcək yol xəritəsi

Azərbaycanın gələcək yol xəritəsi

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 5-i Azərbaycan informasiya mühitində adi media günlərindən biri kimi deyil, xüsusi məna daşıyan bir tarix kimi yadda qaldı. Həmin gün televiziya ekranlarından səslənən fikirlər klassik müsahibə çərçivəsindən kənara çıxaraq milli iradənin, dövlət məsuliyyətinin və siyasi qətiyyətin açıq təzahürünə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə, mahiyyət etibarilə, müasir Azərbaycan dövlətçiliyinin açıq, prinsipial, milli maraqlara əsaslanan və gələcəyə hesablanmış siyasi portretini ortaya qoydu.

Bu müsahibə bir daha təsdiqlədi ki, cənab Prezident İlham Əliyev üçün siyasi dialoq sadəcə diplomatik ünsiyyət forması deyil, xalqla birbaşa əlaqə, dövlətin şəffaflığı və lider məsuliyyətinin real ifadəsidir. Dövlət başçısı ekran qarşısında təkcə ünvanlanan suallara cavab vermirdi; o, eyni zamanda baş verən proseslərin mahiyyətini izah edir, qəbul edilən qərarların səbəblərini açıqlayır və Azərbaycanın gələcək inkişaf istiqamətlərini aydın konturlarla təqdim edirdi. Müsahibə boyunca qətiyyətli mövqe və faktlara əsaslanan yanaşma özünü açıq şəkildə göstərirdi.

Cənab Prezidentin müsahibə zamanı seçdiyi üslub xüsusi diqqət çəkirdi. Burada emosional çağırışlara deyil, dəqiq arqumentlərə, fərziyyələrə yox, real faktlara, populizmə deyil, məsuliyyətli siyasi mövqeyə üstünlük verilirdi. Bu yanaşma Prezident İlham Əliyevin liderlik modelinin əsas mahiyyətini bir daha üzə çıxardı. Bu modeldə verilən sözlər konkret addımlara çevrilir, niyyətlər nəticə doğurur, strateji xətt isə real uğurlarla təsdiqlənir.

Dövlət başçısının çıxışında vurğulanan əsas ideya aydın idi: Azərbaycan öz taleyinin sahibidir. Bu fikir sadəcə siyasi bəyanat deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin formalaşdırdığı real vəziyyətdir. Prezidentin fikirlərində Azərbaycanın regional proseslərdə kənardan izləyən deyil, proseslərin gedişinə təsir göstərən və oyun qaydalarını müəyyən edən əsas aktorlardan biri olduğu qətiyyətlə hiss olunurdu. Bu isə xalqla lider arasında mövcud olan birliyin siyasi ifadəsi kimi dəyərləndirilə bilər.

Müsahibə eyni zamanda Prezidentlə cəmiyyət arasında formalaşmış etimad münasibətlərinin növbəti təsdiqi oldu. Cənab Prezident İlham Əliyevin televiziya vasitəsilə birbaşa xalqa müraciət etməsi, ictimaiyyəti narahat edən məsələlərə toxunması və açıq mövqe sərgiləməsi göstərdi ki, mövcud hakimiyyət cəmiyyətin səsini eşidir və onunla dialoqu davamlı şəkildə qoruyur. Burada diqqət çəkən mühüm məqamlardan biri də ondan ibarət idi ki, dövlət başçısı yalnız mövcud vəziyyəti təhlil etməklə kifayətlənmədi, eyni zamanda qarşıdakı dövr üçün strateji baxışını da ortaya qoydu. Bu baxışda sosial rifahın yüksəldilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi əsas prioritetlər kimi ön plana çəkildi.

İnformasiya müharibələrinin getdikcə dərinləşdiyi müasir şəraitdə cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə milli informasiya siyasətinin prinsipial xəttini də aydın şəkildə nümayiş etdirdi. Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan həqiqətləri kənar və təhrif olunmuş mənbələr vasitəsilə deyil, birbaşa dövlətin mövqeyindən cəmiyyətə çatdırılmalıdır. Bu yanaşma milli medianın roluna verilən yüksək dəyərin göstəricisi idi. Yerli televiziya kanalları vasitəsilə səsləndirilən bu fikirlər ictimaiyyətin vahid informasiya məkanında doğru və dolğun şəkildə məlumatlandırılmasına xidmət etdi.

Cənab Prezident İlham Əliyevin yanvarın 5-də verdiyi müsahibə eyni zamanda Azərbaycan dövlətçilik məktəbinin davamlılığını əks etdirdi. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün müasir çağırışlara uyğun şəkildə davam etdirilməsi dövlət başçısının fikirlərində aydın şəkildə hiss olunurdu. Məhz bu siyasi davamlılıq ölkədə sabitliyin, inkişafın və milli birliyin əsas təminatçısı kimi çıxış edir. Bu baxımdan, müsahibə yalnız cari hadisələrə münasibət deyil, eyni zamanda keçmişlə gələcək arasında qurulan strateji bir körpü idi. Həmin körpünün bir ucunda tarixi təcrübə, digər ucunda isə güclü, müstəqil və iddialı Azərbaycan dayanırdı.

Yanvarın 5-də yerli televiziya kanallarında səsləndirilən fikirlər yalnız efir vaxtı ilə məhdudlaşmadı. Onlar ictimai yaddaşda, siyasi arxivlərdə və dövlət tarixində öz layiqli yerini tutdu. Çünki bu fikirlər situativ cavablar deyil, dövlət düşüncəsinin ardıcıl və sistemli ifadəsi idi. Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi bu müsahibə bir daha göstərdi ki, Azərbaycanın rəhbəri təkcə bu günün suallarına cavab vermir, eyni zamanda sabahın konturlarını da özü müəyyənləşdirir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri