Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDBdə qəbul edilib
Icma.az, Report.az saytına istinadən bildirir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) AZS 065-2023 “Narşərab. Texniki şərtlər” milli standartı əsasında ГОСТ 35230-2024 “Наршараб. Технические условия” yeni standart layihəsini hazırlanıb və MDB ölkələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura (МГС) onu dövlətlərarası standart kimi qəbul edib.
"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, yeni qəbul edilən dövlətlərarası standart ət və balıq məhsulları ilə, eləcə də milli yeməklərdə istifadə edilən, şəkər tozu əlavə olunmaqla qaynadılıb qatılaşdırılmış, təzə sıxılmış və ya konservləşdirilmiş nar şirəsindən hazırlanan və şüşə qabda pasterizə edilmiş narşəraba şamil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 18 Dekabr 2024 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















