Icma.az
close
up
RU
Azərbaycanın təhsil mühitində yeni standart: SABAH.school

Azərbaycanın təhsil mühitində yeni standart: SABAH.school

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

SABAH.school – övladınızı yalnız imtahanlara deyil, sabahın dünyasına hazırlayan müasir məktəb – ilk tədris ilini uğurla tamamladı və Azərbaycanda təhsilin keyfiyyətinə yeni yanaşma gətirdi.

Məktəb Beynəlxalq Bakalavriat (IB) təşkilatından lisenziya üçün rəsmi namizəd statusu alaraq qlobal səviyyədə tanınan təhsil müəssisəsinə çevrilmək yolunda mühüm addım atıb. Bu isə burada təhsil alan şagirdlərin diplomlarının dünya üzrə tanınması və məktəbin yüksək standartlara uyğun fəaliyyət göstərməsi deməkdir.

Tədrisi ingilis dilində aparılan SABAH.school həm akademik nəticələr, həm də sosial-emosional inkişaf sahəsində fərqlənir. Hazırda məktəb məktəbəqədər mərhələdən 4-cü sinifədək 50-dən çox şagirdə təhsil təqdim edir. Burada hər bir uşağın fərdi inkişaf trayektoriyası izlənilir, yumşaq bacarıqları və emosional intellekti xüsusi diqqətlə qiymətləndirilir. Valideyn rəyləri göstərir ki, məktəb qısa müddətdə etibarlı və innovativ model kimi tanınıb.

Təhsil prosesi IB-inPrimary Years Programme (PYP) çərçivəsində formativ qiymətləndirmə prinsiplərinə əsaslanır. Öyrənmə jurnalları, portfoliolar, həmyaşıd və özünüqiymətləndirmə vasitəsilə hər bir uşağın güclü tərəfləri və inkişaf ehtiyacları müəyyənləşdirilir. Dərslərdə müasir texnologiyaların və süni intellekt alətlərinin tətbiqi, real layihələr üzərində işləmək isə şagirdlərin gələcək peşəkar mühitə daha yaxşı hazırlaşmasına şərait yaradır.

Məktəbdə “şagird–məktəb–valideyn üçbucağı” fəlsəfəsi həyata keçirilir. Valideynlər açıq dərslərdə, tədbirlərdə və layihələrdə fəal iştirak edərək övladlarının təhsilinə yaxından qoşulurlar. Bu yanaşma həm uşaqlara əlavə motivasiya qazandırır, həm də ailə ilə məktəb arasında güclü tərəfdaşlıq yaradır.

SABAH.school-un yerləşdiyi Sea Breeze rezidentləri üçün xüsusi 5%-lik endirim nəzərdə tutulub. Bu üstünlük valideynlər üçün məktəbi daha əlçatan etməklə yanaşı, SABAH.school-un icma ilə sıx inteqrasiyasına xidmət edir. Məktəb burada yalnız bir təhsil müəssisəsi deyil, həm də müasir həyat tərzinin bir parçası kimi formalaşır.

Gələcək planlara gəlincə, SABAH.school yaxın illərdə Bakı şəhərində yeni kampusun açılmasını və IB-in Middle Years Programme (MYP, 5–9-cu siniflər) üzrə dərslərə start verməyi hədəfləyir. Məktəb hər il yeni sinif səviyyələri əlavə etməklə, üç il ərzində 11-ci sinifədək tam təhsil spektri təqdim etməyi planlaşdırır.

SABAH.school-un əsas məqsədi Azərbaycan məktəb mühitinə beynəlxalq səviyyəli keyfiyyət gətirmək, uşaqları yalnız imtahanlara deyil, həm də dəyişən dünyaya hazırlamaqdır. Yeni tədris ili isə bu missiyanın daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradacaq.

Əlaqə: [email protected]
Vebsayt:www.sabahhub.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://marja.az
archiveBu xəbər 29 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri