Icma.az
close
up
RU
Azərbaycanın nümayəndə heyəti Türkiyənin Dənizli vilayətində görüşlər keçirib

Azərbaycanın nümayəndə heyəti Türkiyənin Dənizli vilayətində görüşlər keçirib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Ankara, 22 avqust, AZƏRTAC

Azərbaycan ilə Türkiyə arasında fəal əməkdaşlıq iki qardaş ölkənin yerli administrasiyaları və bələdiyyələri səviyyəsində də inkişaf edir.

AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunun nümayəndə heyəti növbəti işgüzar səfərdə Türkiyənin Dənizli vilayətində olub, burada ikitərəfli əlaqələrin, o cümlədən sosial-iqtisadi, mədəniyyət, təhsil, eləcə də kənd təsərrüfatı sahəsində əlaqələrin dərinləşdirilməsi yolları ətrafında müzakirələr aparılıb.

Dialoq və qarşılıqlı səfərlərin əsasını Biləsuvar rayonu ilə Türkiyənin Dənizli vilayətinin Çameli rayon bələdiyyəsi arasında 11 may 2022-ci il tarixli “Dostluq münasibətlərinin qurulması haqqında” Protokol təşkil edib.

Bu sənədə uyğun olaraq, Türkiyə tərəfinin dəvəti ilə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Vəlahəddin Yunsurovun rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin cənub-qərb vilayətinə səfər edib. 11 nəfərlik nümayəndə heyətinin tərkibinə rayon bələdiyyəsinin, Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Liseyinin Tədris Kompleksinin nümayəndələri, sahibkarlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və s. daxil olub.

Çameli Rayon Bələdiyyəsinin binasında bələdiyyə idarəetmə sisteminin müasir çağırışlar fonunda inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, davamlı inkişafının təmin edilməsi və s. mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Çameli (Dənizli) Türk Anadolu Liseyi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Məktəb-Lisey Kompleksi (Biləsuvar) arasında əməkdaşlıq haqqında sənəd imzalanıb. Sənəd digərləri ilə yanaşı, birgə təhsil layihələrinin həyata keçirilməsi üçün imkanlar açır, mədəni və elmi tədbirlərin təşkilində səylərin birləşdirilməsini nəzərdə tutur.

Səfər zamanı iki qardaş ölkənin hüquq-mühafizə orqanları ilə regionların işgüzar dairələri arasında əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirilib.

Biləsuvar rayonunun nümayəndə heyəti Dənizliyə səfəri çərçivəsində 9-cu Beynəlxalq Mədəniyyət, Turizm, Kənd Təsərrüfatı və Təbiət İdman Növləri Festivalında da iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri