Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

BMTM nümayəndə heyəti İranda məhsuldar görüşlər keçirib

BMTM nümayəndə heyəti İranda məhsuldar görüşlər keçirib

Icma.az, 525.az saytına istinadən bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti İran İslam Respublikasına səfəri çərçivəsində bir sıra əhəmiyyətli görüşlər keçirib.

525.az-a BMTM-dən verilən məlumata görə, ilk görüş 18 noyabr 2025-ci il tarixində İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində (IPIS) baş tutub. Yerli ekspertlərlə aparılan müzakirələr zamanı Azərbaycan-İran münasibətlərinin müxtəlif istiqamətləri, həmçinin regional gündəmin aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Görüşün sonunda nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim olunub. Daha sonra BMTM nümayəndələri İran Xarici İşlər Nazirliyinin sənədlər arxivi və təşkil edilən sərgi ilə tanış olublar.

Səfərin ilk günü növbəti görüş İran Xarici İşlər Nazirliyinin diplomat kadrların hazırlanması ilə məşğul olan Beynəlxalq Münasibətlər Məktəbində keçirilib. Tədris müəssisəsinin heyəti ilə görüş zamanı Məktəbin tarixi və fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib, Azərbaycan-İran münasibətlərinin müxtəlif aspektləri ətrafında müzakirələr aparılıb. Bununla yanaşı, BMTM ilə Beynəlxalq Münasibətlər Məktəbi arasında akademik və tədqiqat sahələrində əməkdaşlıq imkanları müzakirə olunub, bir sıra konkret təkliflər irəli sürülüb. 

Səfərin ikinci günü isə Qafqaz Araşdırmaları İnstitutunda seminar keçirilib. Seminarda BMTM İdarə Heyətinin üzvü Cavid Vəliyev Azərbaycan Respublikasının xarici siyasəti, BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədi isə Azərbaycan-İran münasibətləri haqqında məruzə edib. Öz növbəsində, Qafqaz Araşdırmaları İnstitutunun İcraçı direktoru Cəfər Xaşe İranın regional siyasəti barədə danışıb. Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Bununla yanaşı, BMTM nümayəndə heyətinin İranın önəmli beyin mərkəzlərindən biri olan və İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin rəhbərlik etdiyi İran-Avrasiya Araşdırmaları İnstitutunun (İRAS) əməkdaşları ilə görüşü baş tutub. Görüş zamanı Cənubi Qafqazda gedən proseslər və ikitərəfli əlaqələr ətrafında müzakirələri aparılıb, tərəfləri maraqlandıran suallara cavablar verilib. Həmçinin iki qurum arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, iki ölkə akademik qurumları arasında təmaslarda cari ilin əvvəlindən fəallaşma müşahidə olunur. Belə ki, 2025- ilin 6 may tarixində BMTM-də “Regional proseslər kontekstində Azərbaycan-İran münasibətləri” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində BMTM ilə İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS) arasında ikitərəfli akademik əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see501

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see474

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see283

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see264

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see257

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see256

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see246

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see243

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see243

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see237

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see233

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see224

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see221

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see212

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see209

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see200

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see197

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see194

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri