Icma.az
close
up
RU
Azərbaycanın Özbəkistana satdığı məhsullar AÇIQLANDI

Azərbaycanın Özbəkistana satdığı məhsullar AÇIQLANDI

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan-Özbəkistan arasında ticarət dövriyyəsinin artım dinamikasına da diqqət çəkilib.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 3,2 dəfə artaraq 795 milyon dollara çatıb:

"Ötən il Azərbaycanın Özbəkistandan idxalı 719 milyon, ixracı isə 76 milyon dollar təşkil edib. Beləliklə, Özbəkistanın Azərbaycanla ticarətdə 643 milyon dollarlıq müsbət saldosu yaranıb". Pepperoni pizza

Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan Özbəkistanla 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib:

"İdxalın 71 faizini qızıl məmulatları təşkil edib. Azərbaycan Özbəkistandan 508 milyon dollar dəyərində qızıl alıb. İxracda isə şəkər üstünlük təşkil edib. Belə ki, ötən il Özbəkistana 32 milyon dollar dəyərində ağ şəkər ixrac olunub. Digər əsas idxal məhsulları arasında tütün (32,6 milyon dollar), saflaşdırılmış misdən digər məftillər (21 milyon dollar), qabığı təmizlənmiş yunan qozu (13,6 milyon dollar), minik avtomobilləri üçün kuzovlar (12,4 milyon dollar) və qurudulmuş üzüm (9,1 milyon dollar) yer alıb.Azərbaycanın Özbəkistana ixracında şəkərlə yanaşı, emal olunmamış alüminium (11 milyon dollar), qaynaq edilmiş borular (1,7 milyon dollar), qabıqlı badam (1,4 milyon dollar), lak və boyaq maddələri (1,3 milyon dollar) da üstünlük təşkil edib".

Deputatın sözlərinə görə, Özbəkistanla ticarət dövriyyəsinin daha da artırılması prioritet istiqamətlərdəndir. Yaxın dövr üçün əsas hədəf isə iki ölkə arasında ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaqdır.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Avqust 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri