Icma.az
close
up
RU
Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür

Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistanın Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir.

Bakıvaxtı.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, maarifləndirici proqram Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan "Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə" (ESTART) layihəsi çərçivəsində təşkil olunur.

Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar.

"Azərişığ"ın peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəetmə üsulları barədə özbəkistanlı həmkarların bilikləri təkmilləşdirilir. Həmçinin iştirakçılara elektrik qurğularında izolyasiya sistemləri, ifrat gərginlikdən mühafizə, elektrik avadanlıqlarının sınaq və diaqnostikası, mühafizə vasitələrinin düzgün seçilməsi və təhlükəsiz istismar qaydaları ilə bağlı ətraflı məlumatlar çatdırılır. Onlara həm də elektrik şəbəkələrində normal və qəza rejimlərində əməliyyatların aparılması, kommutasiya proseslərinin düzgün idarə olunması, avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və qəza hallarında operativ qərarların qəbul edilməsi ilə əlaqədar müasir yanaşmalar və qabaqcıl təcrübələr təqdim olunur.

Təlimlər çərçivəsində nəzəri biliklərlə yanaşı, real elektrik avadanlıqları, diaqnostika vasitələri və müvafiq təlim qurğularından istifadə edilməklə praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq etmək bacarıqlarının inkişafına xidmət edir.

Maarifləndirici layihə həm də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Təlimlər başa çatdıqdan sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək. Yekun qiymətləndirmədən uğurla keçən müdavimlərə "Azərişıq" ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri